AŞ PA-nın
Monitorinq Komitəsinin
həmməruzəçiləri Ədliyyə Nazirliyində
olmuşlar
Fevralın
3-də ədliyyə naziri,
Məhkəmə-Hüquq Şurasının
sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyasının Monitorinq
Komitəsinin Azərbaycan
üzrə həmməruzəçiləri
Pedro Aqramunt de Mora və
Jozef Debono Qrex ilə görüşmüşdür.
Nazirlikdən
AzərTAc-a bildirmişlər
ki, qonaqlar ölkəmizin Avropa Şurası qarşısında
öhdəliklərinin icrasına
dair hesabatın hazırlandığını qeyd
etmiş, bu sahədə görülən
işlər və islahatlarla maraqlanmış,
müasir Bakı istintaq təcridxanasına
baş çəkmək
üçün yaradılan
şəraitə görə
minnətdarlıqlarını
bildirmişlər. Konstruktiv və
açıq dialoq mühitində keçirilmiş
görüşdə ölkəmizdə
vətəndaş cəmiyyətinin
inkişafı, Avropa Şurası ilə sıx əməkdaşlıq
şəraitində məhkəmə
fəaliyyətinin müasirləşdirilməsi,
o cümlədən hakimliyə namizədlərin
ən mütərəqqi
qaydalarla seçimi, hakimlərin sayının 2 dəfə
artırılması, icra
qanunvericiliyinin təkmilləşdirilməsi,
humanizm siyasətinin ardıcıl həyata keçirilməsi, İnsan
hüquqları üzrə
Avropa Məhkəməsi
ilə uğurlu əməkdaşlıq, presedent
hüququnun öyrənilməsi
və tətbiqi, qərarlarının icrası
barədə məlumat verilmişdir.
Azərbaycan.- 2011.-4 fevral.- S. 2.