Azərbaycan prokurorluğu Avropa hüquq təcrübəsinin öyrənilməsini prioritet vəzifə kimi qəbul etmişdir

 

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex Pedro Aqramunt de Mora fevralın 3-də Baş prokuror Zakir Qaralovla görüşmüşlər.

Yanvar ayında Avropa Şurasında üzvlüyünün 10 illiyini qeyd etmiş Azərbaycanın bu təşkilatla faydalı əməkdaşlığının əhəmiyyətini vurğulayan Z.Qaralov, son illərdə ölkəmizin həyatında baş vermiş mütərəqqi dəyişikliklər prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülmüş ardıcıl məqsədyönlü tədbirlər sayəsində müsbət nəticələr əldə edilmişdir.

Fəaliyyətini qanunla müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi, qanunçuluq hüquq qaydalarının möhkəmləndirilməsi, dövlətin cəmiyyətin cinayətkar qəsdlərdən qorunması, ədalət mühakiməsinin həyata keçirilməsinin təmin edilməsi istiqamətində təşkil edən Azərbaycan prokurorluğu Avropa hüquq təcrübəsinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsini prioritet vəzifə kimi qəbul etmiş, yeni standartların tətbiqi sahəsində xeyli işlər görmüşdür. Prokurorluq öz səlahiyyətləri çərçivəsində nüfuzlu beynəlxalq təsisatlar, eyni zamanda, ölkənin qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin digər institutları ilə geniş formatda əməkdaşlığı davam etdirir, insan vətəndaş hüquq azadlıqlarının qorunması sahəsində zəruri tədbirlər görür.

Avropa Şurası ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən həmməruzəçilər son illərdə ölkəmizin siyasi iqtisadi həyatında əldə olunmuş uğurları yüksək qiymətləndirmiş, həmçinin dövlətimizin Avropa Şurasına qəbul olunması zamanı üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətindən razılıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bütün məsələlər bərabərhüquqlu dialoq səmimi əməkdaşlıq formatında həll edilməlidir. Ötən 10 ildə Azərbaycanın bu sahədə gördüyü işlər nikbinliyə əsas verir bundan sonra da qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük perspektivlər açır.

Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 4 fevral.- S. 2.