Vergilər Nazirliyi vətəndaşları narazı
salan halların qarşısını almaq
üçün əlavə
tədbirlər görəcək
Vergilər Nazirliyində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu
ilin yekunlarına həsr olunmuş iclasında və dövlət başçısının
göstərişi ilə
Korrupsiyaya qarşı
Mübarizə üzrə
Komissiyanın yanvar ayının 27-də keçirilmiş
iclasında verilmiş
tapşırıqlarla bağlı
kollegiya iclası keçirilmişdir.
Kollegiya iclasında çıxış
edən vergilər naziri, 2-ci dərəcəli
dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının
Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi sayəsində
Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesi dönməz xarakter almış, sosial-iqtisadi sahədəki
bir çox problemlər uğurla həll edilmişdir. Nazir qeyd etmişdir ki, Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət başçısı cari
ildə ölkəmizin
sosial-iqtisadi inkişafının
əsas istiqamətlərini
müəyyənləşdirmiş, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin
qarşısının alınması,
dövlət orqanlarının
fəaliyyətində şəffaflığın
artırılması ilə
bağlı konkret tapşırıqlar vermişdir.
Dövlət
başçısının Nazirlər Kabinetinin geniş iclasındakı çıxışında vergi
xidmətinin fəaliyyəti
üzərində xüsusi
olaraq dayandığını
iclas iştirakçılarının
nəzərinə çatdıran
F.Məmmədov demişdir
ki, cənab İlham Əliyev vergilərdən yayınanların
sayının hələ də çox olduğunu, bu kimi hallarla mübarizənin
daha ciddi və məqsədyönlü
aparılmasının, 2011-ci ildə vergi bazasının genişləndirilməsinin,
nağd ödəmələrin
minimuma endirilməsinin
vacibliyini vurğulamış,
bu sahədə vəziyyətin inkişaf
etmiş ölkələrdəki
vəziyyətdən
fərqlənməməsi üçün
2011-ci ildə köklü
və əsaslı tədbirlər görülməsini
tapşırmışdır. Iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısının
alınması, azad rəqabət mühitinin yaradılması, müvafiq
icra hakimiyyəti orqanları tərəfindən
aparılan əsassız
yoxlamalara son qoyulması, rüşvətxorluğa
və korrupsiyaya qarşı daha ciddi və sistemli
mübarizə aparılması
aidiyyəti dövlət
orqanlarının əsas
vəzifəsi kimi qarşıya qoyulmuşdur.
Bu məsələlərin dövlət
başçısının tapşırığı ilə
Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə
üzrə Komissiyanın
yanvar ayının
27-də keçirilmiş geniş
iclasında da ətraflı müzakirə
edildiyi barədə məlumat verən nazir qeyd olunan
məsələlərin
həlli ilə bağlı vergi orqanlarının da üzərinə böyük
məsuliyyət düşdüyünü
vurğulamışdır.
2011-ci ildə Vergilər
Nazirliyi qarşısında
qoyulmuş vəzifələrin
həllini təmin etmək istiqamətində
aparılan işlər
barədə danışan
F.Məmmədov vergi bazasının genişləndirilməsi
məqsədilə bütün
təsərrüfat subyektlərinin
pasportlaşdırılacağını,
vergilərin vaxtında
və tam həcmdə ödənilməsinə
nəzarətin gücləndiriləcəyini,
bu məqsədlə müasir informasiya-kommunikasiya
texnologiyalarından daha
geniş istifadə olunacağını, nağdsız
ödənişlərin stimullaşdırılması
və nağd şəkildə ödəmələrin
minimuma endirilməsi ilə bağlı vergi qanunvericiliyində lazımi dəyişikliklər aparılması
üçün müvafiq
təkliflərin hazırlanıb
yaxın vaxtlarda ölkə başçısına
təqdim olunacağını
bildirmişdir. Vergi xidmətinin
fəaliyyətində şəffaflığın
artırılması üçün
son illər görülən bəzi işlərə baxmayaraq,
vergi əməkdaşları
tərəfindən yol
verilən neqativ halların bütün vergi xidmətinin nüfuzuna xələl gətirdiyini nəzərə
çatdıran nazir sistemdaxili nəzarətin və şəxsi heyətlə
aparılan işlərin
gücləndirilməsinin vacibliyini
vurğulamışdır.
F.Məmmədov həmçinin
bildirmişdir ki, ayrı-ayrı vergi işçilərinin qanunla
müəyyən edilmiş
vəzifələrinə uyğun
olmayan hərəkətləri
vergi ödəyicilərinin
haqlı narazılığına
və vergi orqanlarına etimadsızlığına
səbəb olur.
Bu, ilk növbədə səyyar vergi yoxlamaları və ya operativ nəzarət
tədbirləri aparılarkən
Vergi Məcəlləsinin
tələblərinin pozulması,
ayrı-ayrı hallarda
isə korrupsiya və rüşvətxorluq
faktlarının olması
ilə bağlıdır.
Ötən il vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsinə,
attestasiyanın yekunlarına
görə müasir tələblərə cavab
verməyən, habelə
vətəndaş müraciətləri
və şikayətlər
üzrə aparılmış
araşdırmalar nəticəsində
neqativ hallara yol vermiş vergi işçilərinin
sistemdən kənarlaşdırılmasına
baxmayaraq, bu kimi hallara hələ
də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb
edir.
Vergi orqanlarında vətəndaş
müraciətlərinə mahiyyəti üzrə baxılması, onların
vaxtında və düzgün cavablandırılması
məsələsi üzərində
dayanan nazir vəziyyətin hərtərəfli
araşdırılaraq qısa
müddət ərzində
mövcud nöqsanları
tam aradan qaldırmaq üçün
əmrlə xüsusi işçi
qrupu yaratdığını
və həmin qrupun verəcəyi təkliflər əsasında
vergi orqanlarında vətəndaşlardan daxil
olan ərizə və şikayətlərə
baxılması prosesinin
müasir texnologiyalardan
istifadə etməklə
daha da təkmilləşdiriləcəyini
bildirmişdir.
Korrupsiya və rüşvətxorluq
hallarına qarşı
mübarizədə qətiyyətlilik
və ardıcıllıq
nümayiş etdirilməsinin
vacibliyini struktur rəhbərlərinin nəzərinə
çatdıran F.Məmmədov
Vergilər Nazirliyinin
"Şəffaflığın artırılması və
korrupsiyaya qarşı
mübarizə üzrə
2007-2011-ci illər üçün
Tədbirlər Planı"nın icrasının bütün
parametrlər üzrə
təmin edilməsinin
vergi orqanlarının
rəhbərlərinin ən
mühüm vəzifələrindən
biri olduğunu vurğulamışdır.
İclasın sonunda F.Məmmədov
2011-ci ildə büdcə
daxilolmaları üzrə
proqnozların icrasının
təmin olunması, korrupsiya ilə mübarizə tədbirlərinin
gücləndirilməsi, vergi
qanunvericiliyinin təkmilləşdirilməsi,
vergi inzibatçılığının
müasirləşdirilməsi, insan resurslarının idarə edilməsi sahəsində şəffaflığın
təmin olunması
və vergi ödəyicilərinin hüquqlarının
qorunması işlərinin
daim nazirliyin bütün qurumlarının
diqqət mərkəzində
saxlanılması ilə
bağlı müvafiq
göstərişlər vermişdir.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələyə
dair müvafiq qərar qəbul edilmişdir.
Azərbaycan.- 2011.-4 fevral.- S. 2.