Gömrük Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur

 

Fevralın 3-də Milli Məclisin İqtisadi siyasət Hüquq siyasəti dövlət quruculuğu komitələrinin birgə iclası keçirilmişdir. AzərTAc xəbər verir ki, iclasda əvvəlcə "Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin layihəsi haqqında" qanun layihəsinə baxılmışdır. İqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə bildirmişdir ki, Azərbaycan Dünya Gömrük Təşkilatının üzvüdür. Dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu böyükdür. Komitənin işinin, beynəlxalq əməkdaşlığının, eləcə gömrük rüsumlarının yığımının hüquqi əsaslarının müəyyən edilməsi üçün möhkəm hüquqi baza olmalıdır. Bu Məcəllə Azərbaycanda gömrük işinin hüquqi, iqtisadi təşkilati əsaslarını, o cümlədən ölkəmizin gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzit keçirilən mallara nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları prosedurları müəyyən edəcək, eləcə şəxslərin gömrük işi sahəsində hüquq öhdəliklərini nizamlayacaqdır.

Məcəllə 2 hissədən, 22 fəsildən 396 maddədən ibarətdir. Sonra "Dövlət rüsumu haqqında", "Auditor xidməti haqqında" qanunlara İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr dəyişikliklərə baxılmışdır. Bildirilmişdir ki, bu dəyişikliklər Azərbaycanın qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmət edir.

İclasda həmçinin "Azərbaycan Respublikası hökuməti Özbəkistan Respublikası hökuməti arasında 2011-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirə olunmuşdur. Bildirilmişdir ki, bu sənəd hər iki ölkənin qarşılıqlı faydalı iqtisadi əlaqələrinin inkişafına, iqtisadiyyatın aparıcı sahələrinə məxsus müəssisələr arasında istehsal əməkdaşlığının genişlənməsinə təkan verəcəkdir. Müzakirələrdən sonra qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin iclasına tövsiyə olunmuşdur.

 

Azərbaycan.- 2011.-4 fevral.- S.2.