Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olmuşdur

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, Ağaməmməd Əli oğlu Əmiraslanovun şikayətinə baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır.

Şikayətə mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 22-nə təyin edilmiş iclasında baxılacaqdır.

 

Azərbaycan.- 2011.-4 fevral.- S. 2.