Beynəlxalq Qara Dəniz Universitetinin prorektoru Azərbaycan
Diplomatik Akademiyasında olmuşdur
Ölkəmizdə səfərdə
olan Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, Beynəlxalq
Qara Dəniz Universitetinin prorektoru professor Giuli Alasaniya
fevralın 3-də Azərbaycan Diplomatik Akademiyasında (ADA)
xarici işlər nazirinin müavini, bu təhsil
ocağının rektoru Hafiz Paşayev ilə
görüşmüşdür.
ADA-nın mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, Hafiz Paşayev qonağa
akademiyanın magistr və bakalavr proqramları, genişlənməkdə
olan kitabxanası, müxtəlif istiqamətlərdə
aparılan elmi araşdırmaları barədə ətraflı
məlumat vermişdir.
G.Alasaniya Beynəlxalq Qara Dəniz
Universitetinin ADA ilə əməkdaşlıqda maraqlı
olduğunu bildirmişdir.
Qonaq həmçinin tələbə
və müəllim heyəti qarşısında "Azərbaycan,
Gürcüstan və Türkiyənin mədəni-tarixi əlaqələri"
mövzusunda məruzə ilə çıxış
etmiş, üç xalqın zəngin tarixi-mədəni əlaqələrindən
danışmışdır.
Azərbaycan.- 2011.- 4
fevral.- S. 3.