Ötən il Konstitusiya Məhkəməsində
görülmüş işlər
və qarşıda duran vəzifələr müzakirə edilmişdir
Dünən Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində aparatın
2010-cu ildə fəaliyyətinin
yekunlarına həsr olunmuş hesabat iclası keçirilmişdir.
İclasda ötən il məhkəməyə daxil
olmuş müraciətlər,
sorğular və vətəndaşların şikayətləri
ilə bağlı qəbul edilmiş qərar və qərardadlar barədə,
habelə aparılmış
təhlillər, analitik
rəylər və arayışlar, Konstitusiya
Məhkəməsinin beynəlxalq
əməkdaşlıq
sahəsində fəaliyyəti
məsələləri müzakirə
edilmişdir.
Aparatın müvafiq şöbələri və
sektorlarının müdirlərinin
hesabatları, aparatın
rəhbər şəxslərinin
çıxışları dinlənilmişdir.
İclasda hesabat ilində Konstitusiya Məhkəməsinə
müraciət hüququndan
istifadə edən subyektlər tərəfindən
qanunvericilikdə mövcud
olan ziddiyyətli məqamlarla bağlı hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə
və bir sıra vacib hüquqi məsələlərə
aid daxil olmuş müraciətlər və
sorğular barədə
məlumat verilmişdir.
Ötən il məhkəmələrdən
daxil olmuş müraciətlər əsasında
Konstitusiya Məhkəməsi
Plenumunun 8 qərar qəbul etdiyi, hazırda bəzi müraciətlərin icraata
qəbul olunmasının
mümkünlüyü baxımından
öyrənildiyi, ümumilikdə
isə hesabat dövründə daxil olmuş sorğu, müraciət və şikayətlər
əsasında Konstitusiya
Məhkəməsinin Plenumu
tərəfindən 20 qərar
və 6 qərardad qəbul edildiyi diqqətə çatdırılmışdır.
Həmin qərarlarda hüquqi cəhətdən
bir sıra ziddiyyətli məsələlərə
və hüququn tətbiqində yaranan kolliziyalara ətraflı şərhlər və tövsiyələr verilmişdir.
Konstitusiya Məhkəməsinin sədri
ötən il beynəlxalq əməkdaşlıq
sahəsində həyata
keçirilən tədbirlərdən
danışaraq demişdir
ki, Azərbaycan Respublikası Konstitusiyasının
15 illiyinə həsr olunmuş beynəlxalq konfrans yüksək səviyyədə keçirilmişdir.
Fərhad Abdullayev beynəlxalq konstitusiya nəzarəti orqanlarının
təcrübəsinin Konstitusiya
Məhkəməsinin fəaliyyəti
və ölkəmizin
hüquq ictimaiyyəti
üçün əhəmiyyətindən
geniş şəkildə
danışmışdır.
Sonra aparatın işçi qrupunun hesabat dövründəki fəaliyyəti,
Konstitusiya Məhkəməsi
sədrinin və hakimlərinin müvafiq tapşırıqları ilə
rəylərin hazırlanması,
qanunvericilikdə mövcud
boşluqların və
ziddiyyətlərin aşkar
olunması sahəsindəki
işi müsbət qiymətləndirilmiş, struktur
rəhbərləri qarşısında
bir sıra vəzifələr qoyulmuşdur.
Fərhad Abdullayev həmçinin yanvarın 27-də Prezident
Administrasiyasında Azərbaycan
Respublikasının Korrupsiyaya
Qarşı Mübarizə
üzrə Komissiyasının
iclasında dövlət
orqanları qarşısında
qoyulmuş tələblər
və verilmiş təlimatları qeyd etmiş, vətəndaşların
şikayət və ərizələrinin, habelə
məhkəmələrdən daxil olan müraciətlərin
daha da diqqətlə
öyrənilməsi, məhkəmə
hakimiyyətinə vətəndaşların
etibarının artırılması,
şikayətlərdə məhkəmə
orqanlarına aid olan nöqsanların aradan qaldırılması
üçün lazımi
tədbirlərin görülməsi
barədə müvafiq tapşırıqlar
vermişdir.
AzərTAc
Azərbaycan.- 2011.-5 fevral.- S. 2.