Gürcüstan hər zaman Azərbaycanın dəstəyini hiss edir

 

Dünən Milli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycanda səfərdə olan Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri, Qafqaz Dostluq Evinin rəhbəri xanım Giuli Alasaniya ilə görüşmüşdür. Qonağı Azərbaycanda görməkdən məmnunluq ifadə edən parlament rəhbərliyi adından salamlayan Milli Məclis Sədrinin müavini bildirdi ki, Azərbaycanla Gürcüstan arasındakı dostluq əlaqələrinin qədim tarixi var: "Əlbəttə, ölkələrimiz arasında əlaqələrin tarixi, bu günü gələcəyi barədə çox söz söyləmək mümkündür. Ümumi şəkildə ifadə edilsə, Azərbaycanla Gürcüstan dost, qardaş strateji tərəfdaşlığa malik ölkələrdir".

Bahar Muradova qeyd etdi ki, xalqlarımız, dövlətlərimizin başçıları onların xanımları arasındakı münasibətlərin yüksək səviyyədə olması ölkələrimizə strateji hədəflərinə çatmaq üçün geniş imkanlar yaradır: "Parlamentlərimiz əlaqələrimizin genişlənməsinə özünəməxsus töhfələr verir. Deputatlarımız, eləcə ölkələrimizin digər təmsilçiəlri BMT, AŞ PA, ATƏT PA, NATO digər nüfuzlu beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edirlər". Onun sözlərinə görə, bu digər tərəfdaşlıq münasibətləri bir daha sübut edir ki, Azərbaycan Gürcüstan arasındakı əlaqələr konkret zamana, hədəfə, məqsədə yox, uzunmüddətli əməkdaşlıq strategiyasına söykənib.

Milli Məclis Sədrinin müavini bildirdi ki, ölkələrimizin parlamentlərarası, mədəni humanitar, eləcə digər sahələrdə olan əlaqələri qonşu dövlətlər üçün nümunə ola bilər.

Görüş üçün təşəkkürünü bildirən qonaq da Gürcüstan Azərbaycanın daim yaxın dost ölkələr olduğunu diqqətə çatdırdı. O, ölkəsinin hər zaman Azərbaycanın dəstəyini hiss etdiyini xüsusi qeyd etdi buna görə minnətdarlığını bildirdi. Gürcüstanın da hər zaman Azərbaycana dəstək göstərdiyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında elm, təhsil, mədəni əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazdakı vəziyyət digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2011.-5 fevral.- S. 2.