Seminarda narkotiklərə
qarşı mübarizə
məsələləri müzakirə
olunmuşdur
Bakıda Narkotiklərə
Qarşı Milli Təbliğat İctimai Birliyi (NQMT İB) Mini Dublin Qrupu (MDQ) ilə birgə seminar keçirmişdir. Seminarda bu il Brüsseldə
keçiriləcək illik
iclasda müzakirə olunacaq məsələlərə
baxılması, ölkəmizdə
2010-cu ildə istər
hüquq-mühafizə orqanları,
istərsə də digər əlaqədar qurumlar tərəfindən
aparılan işlər
nəzərdən keçirilmişdir.
NQMT İB-nin sədri
Məzahir Əfəndiyev
MDQ haqqında qısa
məlumat vermiş və qeyd etmişdir
ki, qrupun məqsədi Avropa ölkələrinə, habelə
inkişafda olan və Avropaya inteqrasiya edən ölkələrə müxtəlif
layihələr, tövsiyələrlə
kömək göstərməkdir.
Məlumat vermişdir
ki, BMT-nin hesablamalarına görə,
bu gün dünyada təqribən 250
milyona yaxın insan narkotiklərdən əziyyət çəkir.
Bu, 15-64 yaş üzrə dünya əhalisinin təqribən
5 faizini təşkil edir. Azərbaycanda da bu problem
mövcuddur. Ölkəmiz
artıq 20 ilə yaxındır ki, beynəlxalq ictimaiyyət,
aparıcı dünya
dövlətləri ilə
problemin birgə həlli yolunda ardıcıl və məqsədyönlü işlər
həyata keçirir.
Hökumətin bu sahədə apardığı
siyasətə metodoloji
baxımdan yaxından
kömək göstərən
Narkotiklərə Qarşı
Milli Təbliğat İctimai Birliyi ölkəmizdə akkreditə
olunmuş səfirliklər
və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Rumıniyanın Azərbaycandakı
səfirinin səlahiyyətlərini
yerinə yetirən Liviu Adrean MDQ-nun
ölkəmizdə fəaliyyətinə
dair tədbir iştirakçılarına qısa
məlumat vermiş və bildirmişdir ki, hazırda quruma Rumıniya Respublikası rəhbərlik
edir. Buna görə də onun Azərbaycandakı fəaliyyətinə Rumıniyanın
ölkəmizdəki səfirliyi
nəzarət edir.
Sonra Daxili İşlər
Nazirliyi Baş Narkotiklərlə Mübarizə
İdarəsi rəisinin
müavini Adil Ələkbərov tədbirdə
2010-cu ildə Azərbaycanda
narkotiklərlə bağlı
ümumi vəziyyətə
dair məlumat vermişdir.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Dispanserinin baş həkimi Könül Vəliyevanın dövlət
müəssisələrində müalicə, HİV-lə
bağlı statistik məlumatları, narkomaniyanın
yayılmasına dair qabaqlayıcı tədbirlər
haqqında təqdimatı
dinlənilmişdir.
Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı
Mübarizə üzrə
Dövlət Komissiyasının
üzvləri, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət
göstərən diplomatik
korpusun və QHT-lərin nümayəndələri
mövzu ilə bağlı təkliflər
vermişlər.
AzərTAc
Azərbaycan.- 2011.-5 fevral.- S. 2.