Məhkəmə sistemində korrupsiya ilə mübarizə işi gücləndirilir
Məhkəmə-Hüquq Şurasının məhkəmə sistemində
korrupsiya ilə mübarizəyə həsr
olunmuş geniş iclası keçirilmişdir.
İclasda Ali Məhkəmənin, bütün
apelyasiya instansiyası
məhkəmələrinin rəhbərliyi, ixtisaslaşmış,
habelə rayon (şəhər) məhkəmələrinin
sədrləri iştirak
etmişlər.
AzərTAc xəbər verir ki, tədbirdə ölkəmizdə təməli
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
iqtisadi inkişaf nəticəsində son illər Azərbaycanın
dünyada analoqu olmayan tərəqqiyə nail olması, onun iqtisadi potensialının
dəfələrlə yüksəlməsi,
o cümlədən yoxsulluq səviyyəsinin 4-5 dəfə
azalaraq 9,1 faizə enməsi, dövlət büdcəsinin 15 dəfəyədək
artması qeyd edilmişdir.
Beynəlxalq təcrübədə müşahidə
edildiyi kimi, iqtisadiyyatı sürətlə
inkişaf edən dövlətlərdə korrupsiyanın
yayılması üçün
daha əlverişli şəraitin olması nəzərə alınaraq,
ölkəmizdə korrupsiya
ilə mübarizə
ön plana çəkilmiş, bu sahədə kompleks tədbirlər görülmüşdür.
Fikrət Məmmədovun sədrliyi
ilə keçirilən
iclasda qeyd edilmişdir ki, "Korrupsiyaya qarşı mübarizə haqqında"
Qanunun, Prezident İlham Əliyev tərəfindən "Azərbaycan
Respublikasında korrupsiyaya
qarşı mübarizənin
gücləndirilməsi barədə"
fərmanın imzalanması,
müvafiq Dövlət
Proqramının və
Milli Strategiyanın həyata keçirilməsi, korrupsiya
ilə mübarizə
üzrə ixtisaslaşmış
mühüm dövlət
qurumlarının təsis
edilməsi bu təhlükəli sosial bəla ilə mübarizə üçün
hərtərəfli zəmin
yaratmışdır.
Dövlət başçısının
ədalət mühakiməsinin
səmərəliliyinin artırılması
üzrə tapşırıqlarına
əsasən aparılan
islahatlar zamanı məhkəmə sistemində
korrupsiya ilə mübarizəyə xüsusi
əhəmiyyət verilmişdir.
Belə ki, hakimlərin müstəqilliyinin real təmin edilməsi, onların müddətsiz təyinatı, fəaliyyətlərinin
qiymətləndirilməsi, intizam məsuliyyətinin demokratik xarakteri qanunvericilikdə təsbit
olunmuş, hakimlər
tərəfindən vətəndaşların
qəbulu qadağan edilmiş, şəffaflığın
təmin olunması üçün məhkəmə qərarlarının
dərci nəzərdə
tutulmuş, Nakimlərin
Etik Davranış Kodeksi, məhkəmələrdə
kargüzarlığın aparılmasının
yeni, mütərəqqi
qaydası qəbul olunmuşdur.
Məhkəmələrə müraciət imkanlarının
asanlaşdırılması, insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə
təkcə son illər ərzində ölkəmizdə 20-dək yeni
regional məhkəmələr,
o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə
başlamış, iş
yükünün azaldılması
məqsədilə hakimlərin
və məhkəmə
aparatı işçilərinin
ştat sayı 2 dəfəyədək artırılmış,
yeni qaydalarla, şəffaf və obyektiv prosedurlar əsasında 235 nəfər
yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin
olunmuşlar.
Kobud qanun pozuntuları və digər mənfi hallara yol vermiş hakimlər barədə
128 intizam icraatı, o cümlədən 11 nəfər barədə korrupsiya ilə əlaqədar hüquqpozmalara
görə intizam icraatları başlanılmış,
korrupsiya ilə bağlı 7 nəfərin
səlahiyyətlərinə xitam verilmiş və ya aşağı işə keçirilmişdir. Ümumiyyətlə
isə, fəaliyyətlərinin
qiymətləndirilməsi və
yol verilmiş pozuntulara görə
60-dək hakim məhkəmə
sistemindən kənarlaşdırılmışdır.
Məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi üzrə görülmüş
tədbirlər ictimaiyyət
tərəfindən rəğbətlə
qarşılanmışdır.
İclasda qeyd edilmişdir ki, görülmüş tədbirlərə, o cümlədən kobud qanun pozuntusu və digər nöqsanlara görə hakim korpusunun hər üçündən
birinin intizam məsuliyyətinə cəlb
edilməsi və ya səlahiyyətlərinə
xitam verilməsinə
baxmayaraq, korrupsiya, süründürməçilik, vəzifədən sui-istifadə hallarını
tam aradan qaldırmaq mümkün olmamışdır.
Təhlillər göstərir ki,
bəzi hakimlər tərəflərin bərabərliyi
və çəkişmə
prinsipinin, müdafiə
hüququnun real təmin olunmasına şərait yaratmır, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız
yanaşaraq vətəndaşlarla
kobud rəftara yol verirlər.
Süründürməçilik, eləcə də
məhkəmə proseslərinin
təyin edilən vaxtda başlamaması, məhkəmə qərarlarının,
habelə apelyasiya şikayətlərinin vaxtında
göndərilməməsi, qərarların icraya yönəldilməsində gecikdirmələr,
vəsatətlərə lazımi
diqqət yetirilməməsi, iddia ərizələrinin bəzi
hallarda əsassız qaytarılması, məhkəmə
qərarlarının icrasına
nəzarətdən hakimlərin
özlərini kənarlaşdırması
vətəndaşlarda haqlı
narazılıq və
şikayətlərlə nəticələnir.
Məhkəmə sənədlərinin keyfiyyətsiz, bəzən
isə formal tərtibi, qanunvericiliyin tələblərinə zidd
olaraq tərəflərlə
qeyri-prosessual münasibətlərə
yol verilməsi, ədalətli məhkəmə
araşdırması hüququnun
həyata keçirilməsində
pozuntular, vahid məhkəmə təcrübəsinin
və cəza siyasətinin formalaşmaması ciddi narahatlıq doğurur.
İclasda məhkəmə fəaliyyətində
yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün
qəti tədbirlərin
görülməsi, yuxarı
instansiya məhkəmələri
tərəfindən işlərə
baxılarkən aşkar
edilən korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər mənfi hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi
vurğulanmışdır.
Geniş müzakirələr şəraitində
keçən iclasda korrupsiya ilə əlaqədar hüquqpozmalar
barədə Məhkəmə-Hüquq
Şurasına daxil olan müraciətlərin
təxirəsalmadan dolğun
və peşəkar araşdırılmasının təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq
Şurasında korrupsiya
ilə əlaqədar müraciətlərin
araşdırılması üzrə
ayrıca sektorun yaradılması qərara
alınmış, vətəndaşların
qəbulunun daha effektiv həyata keçirilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir.
Yuxarı instansiya məhkəmələrinin,
Ədliyyə Nazirliyinin
diqqəti hakimlər tərəfindən yol verilən korrupsiya hüquqpozmalarına, o cümlədən insan haqları ilə bağlı qanunvericiliyin və Avropa Konvensiyasının tələblərinin
pozulması hallarına
cəlb edilmiş, belə pozuntulara qarşı prinsipiallığın
artırılması diqqətə çatdırılmışdır.
İclasda həmçinin vahid məhkəmə təcrübəsinin
və cəza siyasətinin formalaşması
üzrə tədbirlər
müzakirə edilmiş,
məhkəmələrdə vətəndaşların qəbuluna
diqqətin artırılması,
bu işin ən səriştəli əməkdaşlara həvalə
edilməsinin vacibliyi qeyd edilmiş, hakimlər üçün
davamlı tədris kurslarının proqramlarında
korrupsiyaya qarşı
mübarizə, Hakimlərin
Etik Davranış Kodeksinin tələbləri
ilə bağlı mövzuların daxil edilməsi tapşırılmışdır.
İclasda çıxış edən
Ali Məhkəmənin
sədri Ramiz Rzayev, Şura üzvləri və məhkəmə sədrləri
məhkəmə fəaliyyətində
qeyd edilən pozuntulardan ciddi nəticələr çıxarılaraq,
icra və əmək intizamına əməl edilməsi, mənfi halların, xüsusilə korrupsiya ilə əlaqədar
hüquqpozmaların, insanların
əsassız get-gələ
salınmasının qarşısının
alınması üzrə
qəti tədbirlərin
görülməsinin vacibliyini
vurğulamışlar.
Azərbaycan.- 2011.-5 fevral.- S. 3.