Azərbaycan ilə Latviya arasında hüquqi əməkdaşlıq
genişlənir
Ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri
Fikrət Məmmədov
Azərbaycanda səfərdə
olan Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, görüşdə
Azərbaycan ilə Latviya arasında dostluq münasibətlərinin
və əməkdaşlığın
dinamik inkişafı barədə fikir mübadiləsi aparılmışdır.
F.Məmmədov dövlətlərimizin
başçılarının qarşılıqlı səfərlərinin
əhəmiyyətindən, ölkələrimiz arasında
geniş müqavilə
hüquq bazasının
mövcudluğundan, Azərbaycanda
demokratik hüquqi dövlət quruculuğunda
əldə olunmuş
nailiyyətlərdən, yerli
özünüidarənin inkişafı istiqamətində
görülən işlərdən,
bələdiyyə assosiasiyaları
arasında səmərəli
əlaqələrdən danışmışdır.
Latviyalı nazir oxşar tarixi olan ölkələrimiz
arasında ikitərəfli
əlaqələrin dərinləşməsi
üçün geniş
imkanların olduğunu
vurğulamış, Latviya
Bələdiyyələr İttifaqı
ilə Azərbaycan Bələdiyyələrinin Milli
Assosiasiyaları arasında
əməkdaşlığı yüksək qiymətləndirmiş,
rast gəlinən problemlərin həlli üzrə qarşılıqlı təcrübə
mübadiləsinin əhəmiyyətini
qeyd etmişdir.
Söhbət
zamanı Ermənistanın
işğalçı qüvvələrinin
Azərbaycan torpaqlarının
20 faizini işğal etməsi, bir milyon soydaşımızın
qaçqın və məcburi köçkün
vəziyyətinə düşməsi
faktları qonaqların
diqqətinə çatdırılmışdır.
Görüşdə, həmçinin bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarətin
həyata keçirilməsi,
bu işdə regional ədliyyə şöbələrinin rolu,
ədliyyə və məhkəmə sahəsində
islahatlar və qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
səmərəli fikir
mübadiləsi aparılmış,
əlaqələrin keyfiyyətcə
yeni mərhələyə
yüksəlməsi üçün
təkliflər irəli
sürülmüşdür.
Qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.
Azərbaycan.- 2011.-5 fevral.- S. 3 .