Katarijna Pisarska: "Polşa Azərbaycanı Avropanın ayrılmaz parçası hesab edir"
Ölkəmizdə səfərdə
olan Polşanın Avropa Diplomatiya Akademiyasının direktoru,
xanım Katarijna Pisarska Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzində
(SAM) olmuşdur.
SAM-dən AzərTAc-a bildirmişlər ki, elmi heyətlə görüşdə K.Pisarska
rəhbərlik etdiyi Avropa Diplomatiya Akademiyasının fəaliyyəti,
tədqiqat sahələri
barədə geniş
məlumat vermişdir.
Qonaq ölkəmizə
səfərinin əsas
məqsədlərindən birinin Azərbaycanın
"beyin mərkəzləri"
ilə münasibətlərin
yaradılması və
əməkdaşlıq perspektivlərini
müzakirə etməkdən
ibarət olduğunu vurğulamışdır.
Ölkələrimiz arasında
münasibətlərdən danışan K.Pisarska, rəsmi Varşavanın Azərbaycanı Avropanın
ayrılmaz parçası
hesab etdiyini bildirmişdir. O, 2011-ci ilin iyulunda Polşanın
Avropa İttifaqına
sədrliyi dövründə
"Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində
Cənubi Qafqaz regionu, xüsusilə də, Azərbaycan ilə münasibətlərin
inkişafının prioritet
olacağını xüsusi
vurğulamışdır.
Qonağa SAM-in fəaliyyəti, ölkəmizin
iqtisadi inkişafı,
həyata keçirilən
demokratik quruculuq prosesləri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasına
dair Azərbaycanın
mövqeyi barədə
məlumat verilmişdir.
Görüşdə regional
və beynəlxalq, eləcə də qarşılıqlı maraq
doğuran məsələlər
ətrafında geniş
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-5 fevral.- S. 4.