Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Gəncə Şəhər Əhalinin
Sosial Müdafiə Mərkəzi arasında canlı əlaqə yaradılmışdır
Fevralın 4-də Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) videokonfrans
zalından Gəncə
Şəhər Əhalinin
Sosial Müdafiə Mərkəzi ilə birbaşa canlı əlaqə yaradılmışdır.
Nazir Füzuli Ələkbərov videobağlantı
vasitəsilə mərkəzə
(ƏSMM) müraciət edən
vətəndaşlarla ünsiyyət
quraraq onlara göstərilən xidmətin
keyfiyyəti ilə maraqlanmışdır. Doqquz
şikayətçinin problemini
dinləyən nazir müvafiq struktur rəhbərlərinə ciddi
tapşırıq verərək
bundan sonra da əhali tərəfindən
daxil olan müraciətlərə məsuliyyətlə
yanaşmağı tapşırmışdır.
F.Ələkbərov bildirmişdir
ki, ötən il nazirliyə 6 min 700-ə yaxın müraciət daxil olmuşdur. Onun əksəriyyəti sorğu
xarakterlidir. Bu bizi narahat edir.
Nəyə görə
indiyədək lazımi
qurumlar əhali ilə sıx əməkdaşlıq etməmişlər
ki, onlarda müəyyən sorğular
yaranmışdır. Müraciət
edənlərin bir qismi, təəssüf ki, kobudluqla qarşılaşır. 200 vətəndaşımız
rüşvətlə qarşılaşma
iddiası ilə müraciət etmişdir.
Ona görə də bütün bu məsələlər diqqət mərkəzində
olacaqdır. Bəzən
ünvanlı sosial yardımla bağlı aparılan araşdırmalar
zamanı müraciətlərin
müəyyən hissəsinin
bir şəxsə məxsus olduğu müəyyən olunur. Nazir belə halların qarşısının
alınacağını da
vurğulamışdır.
Diqqətə çatdırılmışdır
ki, bu kimi
tədbirlərin gələcəkdə
digər rayon (şəhər) mərkəzləri
ilə də davam etdiriləcəyi nəzərdə tutulmuşdur.
Cari ildə daha 33 regional mərkəzdə videokonfrans
sisteminin quraşdırılması
planlaşdırılır.
Azərbaycan.- 2011.-5 fevral.- S. 5.