Dahi bəstəkar
Qara Qarayevin adı Azərbaycan mədəniyyəti tarixinə
qızıl hərflərlə
yazılmışdır
Fevralın 4-də M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında "Qara Qarayev. Həyat
və yaradıcılığı
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin materiallarında"
kitabının təqdimat
mərasimi keçirilmişdir.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar,
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət
və incəsənət
xadimləri, musiqisevərlər
iştirak etmişlər.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət
və Turizm Nazirliyinin birgə dəstəyi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin növbəti
nəşri olan bu əsərin təqdimat mərasimində
çıxış edən
Milli Kitabxananın direktoru Kərim Tahirov dahi bəstəkarın əbədiyaşarlığından
söz açmışdır.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
çıxış edərək
bildirmişdir ki, hər il fevralın
5-də adı Azərbaycan
mədəniyyəti tarixinə
qızıl hərflərlə
yazılmış dahi
bəstəkar, SSRİ xalq
artisti, Dövlət mükafatı laureatı,
akademik Qara Qarayevin doğum günü silsilə tədbirlərlə qeyd edilir, onun ölməz
musiqisi səslənir.
Qara Qarayev opera, balet, simfoniya,
simfonik poema, instrumental konsert, kamera-instrumental və vokal janrlarında yaratdığı əsərlərlə,
teatr tamaşalarına
və kinofilmlərə
yazdığı musiqilərlə
dünya mədəniyyəti
xəzinəsinə böyük
töhfə vermişdir.
Onun "Yeddi Gözəl" və
"İldırımlı yollarla" baletləri, simfoniyaları, "Don Kixot" simfonik qravülləri, "Leyli
və Məcnun" simfonik poeması və bir çox
başqa əsərləri
müəllifinə dünya
şöhrəti qazandırmışdır.
S.Məmmədəliyeva demişdir
ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə 2008-ci ildə sənətkarın 90 illik
yubileyi təkcə ölkəmizdə deyil, dünyanın bir çox məşhur sənət məbədlərində
geniş şəkildə
qeyd edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva "Qara Qarayev. Həyat və yaradıcılığı
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin materiallarında"
kitabına yazdığı
ön sözdə Azərbaycan xalqının
bəşər tarixinə
bəxş etdiyi nadir şəxsiyyətlərdən
biri olan Qara Qarayevin yaradıcılığından söz açmış, təqdim edilən nəşrin musiqisevərlərə dəyərli
bir hədiyyə olduğunu, bəstəkarın
sənətinin, zəngin
irsinin və şəxsiyyətinin öyrənilməsi,
təbliği və gələcək nəsillərə
çatdırılmasında əhəmiyyətini vurğulamışdır.
S.Məmmədəliyeva Mədəniyyət
və Turizm Nazirliyi adından bu monumental nəşrin
hazırlanmasına göstərdiyi
dəstəyə görə
Mehriban xanım Əliyevaya minnətdarlığını
bildirmişdir.
Diqqətə çatdırılmışdır
ki, kitabda 700-ə yaxın sənəd xronoloji qaydada təqdim edilmişdir və bu sənədlərin
bir çoxu ilk dəfədir nəşr olunur.
Nazir müavini çıxışını ulu öndər Heydər Əliyevin bu sözləri ilə tamamlamışdır:
"Qara Qarayev bizə, özünün bədii dəyərinə
görə valehedici irs qoyub getmişdir.
Qara Qarayevin adı mütəfəkkir
alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır.
Bəstəkar, pedaqoq,
alim, rəhbər, ictimai xadim olan
Qara Qarayev həmişə və hər işdə alovlu musiqiçi tribundur. Qara Qarayevin adı, onun musiqisi ölməzdir.
İllər, on illər keçəcək,
bizim kimi yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin əsərləri vasitəsilə
dərk edəcəklər".
Tədbirdə Azərbaycan Musiqi
Mədəniyyəti Dövlət
Muzeyinin direktoru Alla Bayramova, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor Zemfira Səfərova, dahi sənətkarın tələbəsi,
xalq artisti Musa Mirzəyev və başqaları çıxış edərək
bu dəyərli kitabın nəşr olunmasını
yüksək qiymətləndirmişlər.
Tədbirdə Milli Kitabxananın əməkdaşları
tərəfindən hazırlanmış
"Qara Qarayevin əsərləri" və
"Qara Qarayev. Elektron məlumat bazası" diskləri də təqdim edilmişdir.
Mərasimdə Azərbaycan
Dövlət simli kvarteti tərəfindən
Qara Qarayevin əsərlərindən parçalar
səsləndirilmiş və
iştirakçılar sənətkarın
həyat və yaradıcılığına həsr
edilmiş sərgi ilə tanış olmuşlar.
Azərbaycan.- 2011.-5 fevral.- S. 7.