Korrupsiyaya qarşı mübarizədə hüquqi
maarifləndirmə işi
genişləndirilir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına əsasən, yanvarın 27-də
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi
ilə Korrupsiyaya qarşı Mübarizə üzrə
Komissiyanın geniş iclası keçirilmiş, əhalinin
haqlı narazılığına səbəb olan korrupsiya
halları, mövcud problemlər və onların aradan
qaldırılması barədə konkret tapşırıqlar
verilmişdir.
Bununla əlaqədar
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində
(RİTN) kollegiya iclası keçirilmişdir.
Nazirlikdən
bildirmişlər ki, rabitə və informasiya texnologiyaları
naziri Əli Abbasovun sədrliyi ilə keçirilən iclasda
ölkəmizdə korrupsiyaya qarşı qanunvericilik çərçivəsində
müvafiq tədbirlərin həyata keçirildiyi qeyd
edilmiş, bu sahədə RİTN tərəfindən
görülən işlər, mövcud problemlər qeyd
olunmuşdur. İclasda RİTN-in müəssisə və təşkilatlarında
korrupsiyaya qarşı mübarizə üzrə həyata
keçirilən tədbirlərə baxmayaraq, mənfi
halların da mövcudluğu bildirilmişdir.
İclasda rabitə
birlik və müəssisələrində hüquqpozmalara
şərait yaradan halların qarşısının
alınması, qabaqlayıcı tədbirlərin
görülməsi, müəssisələrdə nizam-intizam
qaydalarının möhkəmləndirilməsi, abunəçilərin
hüquqlarının qorunmasına diqqətin
artırılması, sahibkarlara və özəl şirkətlərə
azad rəqabət mühitinin yaradılması, əməkhaqqının
vaxtında verilməsi və s. məsələlər barədə
çıxışlar olmuş, müzakirələr
aparılmışdır.
Kollegiya iclasına yekun
vuran nazir rabitə və informasiya texnologiyaları sektorunda
korrupsiyaya qarşı mübarizədə səmərəliliyin
artırılması məqsədi ilə əhalidən daxil
olan müraciətlərə baxılması, operativliyin
artırılması, vətəndaşların qəbulu
işinin təkmilləşdirilməsi, işçilərdə
antikorrupsiya mədəniyyətinin
formalaşdırılması, "Qaynar xətt"in fəaliyyətinin
və hüquqi maarifləndirmə işinin genişləndirilməsinin
zəruriliyini vurğulamış, bununla bağlı
müvafiq tapşırıqlar vermişdir.
Azərbaycan.- 2011.-6 fevral.- S. 3.