Tibb elminə sanballı töhfə
İnkişafının dinamik
mərhələsini yaşayan
Azərbaycan üçün
xarakterik xüsusiyyətlərdən
biri mövcud tərəqqinin bütün
mühüm sahələr
üzrə özünü
qabarıq şəkildə
büruzə verməsidir.
Elə bu da inkişaf göstəricilərinə görə
Azərbaycanın dünya
miqyasında liderlər
cərgəsinə çıxmasını
təmin edən əsas faktorlardan biri olaraq ölkəmizdə
tərəqqi prosesinin
kompleks xarakter daşıdığını göstərir. Sosial sferanın ən önəmli sahələri
sırasında yer alan səhiyyə də bu inkişafa
öz töhfələrini
verir.
Tarixi elə də böyük olmayan yeni müstəqillik
tariximizdə Azərbaycan
səhiyyəsinin inkişafı
bilavasitə ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən
xüsusi diqqət göstərilən səhiyyədə
köklü dəyişikliklər
yaşanır. İndi
təkcə paytaxtda deyil, ölkənin əksər bölgələrində
müasir avadanlıqla
təchiz olunmuş diaqnostika, tibb mərkəzləri,
sağlamlıq kompleksləri
və digər unikal müəssisələr
fəaliyyət göstərir.
Dövlət büdcəsindən
səhiyyə ehtiyaclarına
ayrılan vəsaitin həcmi isə ildən-ilə artır. O da təqdirəlayiq
haldır ki, göstərilən tibbi xidmətin yüksək olması şəraitində
bir sıra xəstəlik daşıyıcılarının
dövlət hesabına
pulsuz müayinə və müalicəsi aparılır, həmçinin
dərmanlarla təmin
edilir.
Ölkəmizdə səhiyyənin tərəqqisi
təkcə bu diqqət və qayğı ilə məhdudlaşmayaraq, həm
də sözügedən
sahədə yeni elmi araşdırmalarla, dərin tədqiqat əsərlərinin meydana
gəlməsi, tibb tariximizin inkişaf yolunun müasir dövrün reallıqları
baxımından qiymətləndirilməsi ilə
səciyyələnir. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin
baş stomatoloqu, respublika Stomatoloji Mərkəzinin direktoru, əməkdar həkim, tibb elmləri namizədi Kamran Aslanovun uzun illik gərgin zəhməti nəticəsində
meydana gələn
"Azərbaycanda stomatologiyanın
tarixi və inkişaf mərhələləri"
adlı kitab da bu qəbildəndir.
Tibb elminin praktik sahələrindən biri olan stomatologiyanın ölkəmizdə inkişafının
tarixi mərhələlər
üzrə öyrənilməsində
ilk sanballı tədqiqat əsəri olan kitab faktoloji
baxımdan da olduqca zəngindir. Ölkəmizdə qədim
dövrlərdən başlayaraq
xalq təbabəti və sağlamlıq
elminin təşəkkül
tapması, stomatoloji xəstəliklərin yayılması,
profilaktikası və
müalicəsi ilə
bağlı məqamların
əks olunduğu kitabın redaktoru əməkdar mədəniyyət
işçisi Hacı
Qüdrət Piriyevdir.
"Vətən" nəşriyyatında nəfis
tərtibatda işıq
üzü görən
kitabın rəyçiləri
tibb elmləri doktoru, professor T.Babayev və tibb elmləri namizədi, dosent C.Səmədovdur. Ön sözün müəllifi,
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun
Stomatologiya kafedrasının
müdiri, tibb elmləri doktoru, professor Oqtay Seyidbəyovun qeyd etdiyi kimi, Azərbaycanda
stomatologiyanın tarixi
keçmişi, son yüz ildə bu sahədə tədricən əldə
edilmiş müvəffəqiyyətlər,
uğurlar tanınmış
alimlər, mütəxəssislər
tərəfindən layiqincə
işıqlandırılsa da, bu barədə
xeyli elmi məqalə, dissertasiya işi, kitablar, broşürlər yazılsa
da, həmin materiallar ötən əsrin müvafiq sahədəki mənzərəsini
özündə tam təcəssüm etdirmir.
Xüsusən də 1970-ci illərdən
sonrakı vaxtlarda respublikanın stomatoloji həyatı, onun inkişafındakı qlobal
elmi və praktiki dəyişikliklər,
uğurlar, dünya elminə inteqrasiya və digər bu qəbildən olan məsələlər
barədə sanballı
tədqiqat əsəri
meydana qoyulmayıb.
Kamran Aslanovun dərin elmi araşdırmalarının nəticəsi
olaraq meydana gələn "Azərbaycanda
stomatologiyanın tarixi
və inkişaf mərhələləri" kitabı
isə qeyd olunan boşluğun aradan qaldırılmasında
önəmli bir əhəmiyyətə malikdir.
Kibabın birinci fəslində stomatologiyanın
ilkin şərtlərinə,
ibtidai diş müalicəsinə (dentiatriya),
odonotologiyaya, orta əsrlərdə diş texnikasına geniş nəzər salınır.
Burada həmçinin orta əsrlərdən XX əsrin
ilk rübünədək
olan diş təliminə, orta əsrlərin ən böyük loğmanlarından
olan İbn Sinanın "Kanon"unda diş məsələlərinə
yanaşmasına, Avropada,
Rusiyada diş müalicəsi sahəsində
görülən təkmilləşmə işlərinə geniş diqqət yetirilir, bu sahədə
zəhməti olan mütəxəssislərdən bəhs olunur.
Kitabın ikinci fəsli isə tamamilə ölkəmizdə stomatologiyanın
tarixi və onun inkişaf mərhələlərinə həsr
edilib. Şərq təbabətinin tərkib
hissəsi olan Azərbaycan tibbində qədim və orta əsrlərdə diş məsələləri
bu fəsildə bəhs olunan əsas məqamlardandır.
Sözügedən dövrdə
stomatologiyanın sələfi
sayılan odonotologiyanın
inkişafında mühüm
rol oynayan azərbaycanlı loğmanların
fəaliyyəti də
bu fəsildə geniş əks olunub. Daha sonra
isə XVII-XIX əsrlərdə
ölkəmizdə diş
müalicəsinin vəziyyətinə
nəzər salınır.
Bu fəsildə həmçinin
stomatoligiyaya keçid
dövrü, Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə səhiyyə
məsələləri, ilk
səhiyyə naziri Xudadat bəy Rəfibəyov barədə
məlumatlar ətraflı
şəkildə oxucuların
diqqətinə çatdırılır.
Sovet hakimiyyəti dövründə ölkəmizdə
stomatologiyanın inkişafı,
onun yeni mərhələsi, milli kadr hazırlığında
atılan ilk addımlar haqqında da kitab vasitəsilə
geniş məlumatlar almaq mümkündür.
Nəşrin ikinci fəslində 70-80-ci illərdə
ölkəmizdə stomatologiya
sahəsində yeni keyfiyyət dəyişikliyinin
yaşandığı qeyd
olunur, Əziz Əliyev adına Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun yaranması və fəaliyyətindən
ətraflı bəhs
olunur.
Bununla yanaşı, Azərbaycanda ortodontiyanın,
implantologiyanın yaranması
və inkişafı,
uşaq stomatologiyası
barədə də kitabda zəngin bilgilər yer alıb. Yeni müstəqillik tariximizdə ümumilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından
sonra tibbin və onun əsas
sahələri sırasında
yer alan stomatologiyanın inkişafında
başlanan növbəti
mərhələ, səhiyyənin
sivil dünya səviyyəsinə doğru
tərəqqisi barədə oxucular zəruri məlumatlar əldə edə bilərlər. Ümumiyyətlə
isə, kitab stomatoloqlar, Tibb Universitetinin stomatologiya fakültəsinin tələbələri,
sahə mütəxəssisləri,
eləcə də təbabətlə maraqlananlar
üçün zəngin
mənbədir.
Azərbaycan.- 2011.-6 fevral.- S. 6.