Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul etmişdir.

Dövlətimizin başçısı Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın yeni vəzifədə ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə etdi. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq qardaşlıq prinsipləri üzərində qurulduğunu deyən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, milli təhlükəsizlik sahəsində ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf edəcəyinə əminliyini bildirdi. Yaşadığımız bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının bütün bölgəyə müsbət təsir göstərdiyini bildirdi.

Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Türkiyə Prezidenti Abdullah Gülün Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Yeni vəzifədə ölkəmizə səfərindən qürur hissi keçirdiyini bildirən Hakan Fidan Bakıda böyük dəyişikliyin inkişafın şahidi olduğunu bundan çox sevindiyini dedi.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-8 fevral.- S. 1.