Elmar Məmmədyarov
Münhendə ikitərəfli
görüşlər keçirmişdir
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Münhen şəhərində keçirilən 47-ci Təhlükəsizlik Konfransında iştirak edir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, fevralın 5-də Elmar Məmmədyarov konfrans çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Serbiyanın xarici işlər naziri Vuk Yeremiç, Avstraliyanın xarici işlər naziri Kevin Radd, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə ikitərəfli görüşlər keçirmişdir.
Görüşlər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də daxil olmaqla ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, habelə regional və beynəlxalq təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2011.-8 fevral.- S. 1.