Azərbaycan-NATO Beynəlxalq Məktəbinin növbəti
qış sessiyası
başa çatmışdır
Azərbaycan Xarici İşlər Nazirliyi və NATO İctimai Diplomatiya İdarəsinin dəstəklədikləri Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) növbəti qış sessiyası fevralın 6-da başa çatmışdır.
AzərTAc xəbər verir ki, yanvarın 31-dən başlamış sessiyada NATO-nun yeni strateji konsepsiyalarına tarixi yanaşma və onların qiymətləndirilməsi, NATO və tərəfdaşlıq münasibətləri müzakirə olunmuşdur.
Tədbirdə Azərbaycan dövlət
və hökumət rəsmilərinin, Almaniyanın
Avropa Beynəlxalq və Təhlükəsizlik
Məsələləri üzrə
Marşal Mərkəzinin,
NATO-ya üzv və tərəfdaş ölkələrin, həmçinin
alyansın müvafiq strukturlarının nümayəndələrinin
məruzələri
dinlənilmişdir.
Çıxışlarda Azərbaycan və NATO arasında əməkdaşlığın
inkişafı, əlaqələrin
dərinləşməsi baxımından
tədbirin əhəmiyyəti
yüksək qiymətləndirilmişdir.
Sessiyada dünyanın 20-dən
çox ölkəsindən
ekspertlər, Avropanın,
ABŞ-ın nüfuzlu
universitetlərinin nümayəndələri,
diplomatlar, KİV nümayəndələri,
yerli mütəxəssislər
iştirak etmişlər.
Azərbaycan.- 2011.-8 fevral.- S. 1.