Mömünə Xatın türbəsi və Qarabağlar abidəsinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi istiqamətində
iş aparılır
Azərbaycanın daha iki mədəniyyət abidəsinin - Mömünə Xatın türbəsi və Qarabağlar abidəsinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi istiqamətində iş aparılır.
Bu barədə AzərTAc-a mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat vermişdir. Nazir demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan xalçaçılıq sənəti bu mühüm siyahıya daxil edilmişdir.
Növbəti illərdə Azərbaycanın digər qədim incəsənət nümunələrinin də YUNESKO-nun maddi və qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi istiqamətində işlər aparılır. YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına şəbəkə incəsənət növünün, bəzi mərasimlərin və miniatür sənətinin daxil edilməsi planlaşdırılır.
Xalqımızın tarixi abidələrinin qorunmasının vacibliyini vurğulayan nazir növbəti mərhələdə Naxçıvanın memarlıq abidələrindən sayılan Mömünə Xatın türbəsi və Qarabağlar abidəsinin bu siyahıya salınmasının nəzərdə tutulduğunu bildirmişdir.
Azərbaycan.- 2011.-8 fevral.- S. 7.