İmzalanmış sənəd Azərbaycan-Yunanıstan münasibətlərində mühüm rol oynayacaqdır

 

Bakıda Azərbaycan ilə Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahədə əməkdaşlıq üzrə imzalanmış protokol Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafında mühüm rol oynayacaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının həmsədri, sənaye və energetika naziri Natiq Əliyev bildirmişdir. Bütün sahələr, o cümlədən enerji sahəsi üzrə geniş fikir mübadiləsi aparıldığını qeyd edən nazir "Cənub dəhlizi"nin tikintisi haqqında bəzi praktiki addımlar barədə razılığın əldə edildiyini bildirmişdir. O demişdir: "Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ölkəmizə səfərində "Cənub dəhlizi"ni çox qətiyyətlə dəstəkləmişdir və bu istiqamətdə birgə yol xəritəsi müəyyən edilmişdir. "Cənub dəhlizi" ilə bağlı problemlərin və onların həlli yollarının öyrənilməsi üçün işçi qrupu yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumunda böyük şirkətlərin, maliyyə qruplarının rəhbərləri ilə keçirdiyi görüşlərdə onları birgə işçi qrupunda iştirak etməyə dəvət etmişdir.

 

 

Azərbaycan.- 2011.-8 fevral.- S. 1.