Azərbaycanın Macarıstanın prokurorluq orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Fevralın 8-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Macarıstan Respublikasının hərbi prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Respublika prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Zakir Qaralov Azərbaycan Macarıstan arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi digər sahələrdəki əlaqələrdən danışmış, münasibətlərin daha da genişlənməsinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsinin vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, prokurorluğun, o cümlədən hərbi prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi baza yaradılmış, köklü islahatlar aparılmışdır. Kadr siyasətində ciddi dönüş yaradılmış, şəffaflıq təmin edilmişdir. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir.

Arpad Kovaç hər iki ölkənin hərbi prokurorluqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, təcrübəsi məlumat mübadiləsinin, habelə istintaq işinin səmərəliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin zəruriliyini bildirmişdir. O, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini xüsusi vurğulamışdır.

Görüşdə hərbi prokurorluq orqanları arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin daha da inkişaf etdirilməsinin zəruriliyi bildirilmiş, tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 2.