Türkiyə və Rumıniya "Nabukko"
layihəsinin həyata
keçirilməsi üçün
səylərini artıracaq
Buxarestdə səfərdə olan Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Rumıniyanın iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycan və Mərkəzi Asiya təbii qazını Avropaya nəql edəcək "Nabukko" boru kəməri layihəsinin ölkələri üçün əhəmiyyətli olduğunu bildirmişdir. Onun sözlərinə görə, Ankara və Buxarest layihənin reallaşması üçün səylərini artıracaq. Bunun üçün hökumətlərarası işçi qrupunun yaradılması və müntəzəm olaraq onun hesabatının dinlənilməsi də məqsədəuyğun hesab edilmişdir.
Tərəflər Qara dənizdə Türkiyə ilə Rumıniya arasında dənizin altından yüksək gərginlikli kabelin çəkilməsi layihəsini də müzakirə etmişlər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2011.-9 fevral.- S. 6.