Tehranda Rəşt (İran)-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi ilə bağlı Memorandum imzalanmışdır

 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana ikigünlük səfəri başa çatmışdır. Aparılan danışıqlar əsasında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt (İran)-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi ilə bağlı Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasına dair Azərbaycan, İran Rusiya mütəxəssislərinin apardıqları müzakirələr yekunlaşdırılmışdır.

Fevralın 8-də sözügedən dəmir yolunun layihələndirilməsi, tikintisi istismarı ilə bağlı Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması Azərbaycan ilə İran arasında dəmir yolu əlaqələrinin idarə olunmasına genişləndirilməsinə dair iki Anlaşma Memorandumu imzalanmışdır. Birinci sənədi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərov, "Rusiya Dəmir Yolları" ASC-nin rəisi Vladimir Yakunin, "İran Dəmir Yolları"nın baş direktoru Sahib Məhəmmədi imzalamışlar. Doqquz maddədən ibarət memorandumda dəmir yolunun layihələndirilməsi, tikintisi, istismarı yeni yaradılacaq MMC-nin idarəolunma mexanizmi əksini tapmışdır.

İmzalanmış ikinci sənəd isə "Azərbaycan Dəmir Yolları" QSC ilə "İran Dəmir Yolları" arasında əməkdaşlığa dair Anlaşma Memorandumudur. Bu sənəd Azərbaycan ilə İran arasında dəmir yolları üzrə sərhəd-keçid sazişinin hazırlanması, saziş layihəsinin mətninin razılaşdırılması, texniki-iqtisadi məsələlərin həll edilməsi istiqamətində danışıqların aparılması iki ölkə dəmir yolu mütəxəssislərinin təcrübə keçmələri barədə anlaşmalardan ibarətdir.

 

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

Tehran

 

Azərbaycan.- 2011.- 9 fevral.- S. 6.