Konstitusiya Məhkəməsi
Palatasının növbəti
iclası keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Müraciət mahiyyəti
üzrə, tərəflərin
iştirakı ilə
Konstitusiya Məhkəməsi
Plenumunun fevralın
28-nə təyin edilmiş
iclasında baxılacaqdır.
Azərbaycan.- 2011.- 9 fevral.- S. 6.