Azərbaycan səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim etmişdir
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti Ciorcio Napolitanoya təqdim etmişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, mərasimdə V.Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfər etmək barədə dəvətini İtaliyanın dövlət başçısına çatdırmışdır.
Diplomat İtaliya Prezidentinə Azərbaycan haqqında, onun xarici siyasəti, iqtisadi uğurları, regionda rolu, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat vermişdir.
V.Sadıqov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini, İtaliyanın Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından olduğunu, əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Ətraflı məlumata görə təşəkkür
edən Prezident Ciorcio Napolitano İtaliyanın Azərbaycanla
əməkdaşlığına böyük önəm verdiyini bildirmişdir.
Azərbaycan.- 2011.-10 fevral.- S. 5.