Gəncə şəhəri
ictimaiyyətinin nümayəndələri ilə
görüş
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Gəncədə əsaslı yenidənqurma işləri aparılmış "Xan bağı" mədəniyyət və istirahət parkı ilə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV gəncəlilərə müraciətlə dedi: - Mən sizi ürəkdən salamlayıram. Yenidən görüşürük, bu görüşümüzün də çox gözəl səbəbi var. Gəncənin tarixi yeri olan "Xan bağı"nın yenidən qurulmasını bir yerdə qeyd edirik. Burada yaradılan gözəllik, abadlıq məni və əminəm ki, bütün gəncəliləri ürəkdən sevindirir. "Xan bağı" nəinki Gəncə üçün, bütün Azərbaycan üçün çox əziz və doğma bir yerdir. Sadəcə olaraq, gəzinti üçün, istirahət üçün bağ deyil, bizim milli tarixi sərvətimizdir. Yüzilliklər, onilliklər ərzində bizim əcdadlarımız bu gözəlliyi yaratmış və qorumuşlar. Bizim də borcumuz ondan ibarətdir ki, bütün tarixi sərvətlərimizi qoruyaq və bərpa edək. Burada abadlıq-quruculuq işləri ən yüksək səviyyədə görülübdür. Dünyanın ən yüksək səviyyəsi bax, burada da özünü göstərir.
Bilirsiniz ki, son illər
Bakıda parklar abadlaşır, gözəlləşir, yeni
parklar salınır. Digər bölgələrdə də.
Bu gün Tovuz rayonunda olarkən orada yeni salınmış
parkda oldum, o da çox gözəldir. "Xan
bağı"nın isə öz xüsusiyyəti var,
öz tarixi, öz gözəlliyi var. Mən çox şadam
ki, qısa müddət ərzində burada yenidənqurma,
abadlıq işləri aparılmışdır və elə
bil ki, park yenidən canlanmışdır. Bu, çox əlamətdar
hadisədir və onu göstərir ki, ölkəmizdə
bütün işlər lazımi səviyyədə aparılır.
Həm sənaye müəssisələri yaradılır, həm
sosial obyektlər tikilir, həm də parklar salınır,
abadlıq işləri aparılır. Belə də
olmalıdır, çünki ölkəmiz inkişaf edir,
müasirləşir, gözəlləşir. Belə olan
halda ictimai yerlər, parklar, xiyabanlar ən yüksək səviyyədə
olmalıdır.
Gəncənin tarixi çox
zəngindir, çox böyükdür. Mən çox
şadam ki, Gəncənin qədim tarixi qorunur. Bununla bərabər,
şəhər müasirləşir, abadlaşır, gözəlləşir,
yeni binalar tikilir və belə gözəl parklar yenidən
qurulur. Gəncənin inkişafı üçün böyük
işlər görülmüşdür, bundan sonra da Gəncə
həmişə diqqət mərkəzində olacaqdır.
Burada həm sənaye müəssisələrinin
yaradılması, həm də sosial infrastrukturun yeniləşməsi
məsələləri öz həllini tapmaqdadır. Gəncədə
böyük sənaye müəssisələrinin
yaradılması prosesi davam edir. Yaxın vaxtlarda böyük
metallurgiya kompleksi istismara veriləcəkdir. Alüminium zavodu,
poladəritmə zavodu tikilir. Məhz bu zavodlar
üçün nəzərdə tutulmuş böyük
yardımçı stansiya da tikilmişdir, bu gün onun
açılışını da edəcəyəm.
Gəncənin
inkişafı üçün bundan sonra da bütün
lazımi tədbirlər görüləcəkdir. Gəncə
Azərbaycanın qədim şəhəridir, Azərbaycanın
tarixində onun xüsusi yeri var. Prezident kimi mən də
çalışıram ki, Gəncənin inkişafı
üçün bütün lazımi tədbirlər
görülsün.
Bizim bütün bölgələrimizdə
işlər yaxşı gedir, regionlar canlanır, inkişaf
edir. Regionlarda sosial infrastruktur yaradılır, müəssisələr,
iş yerləri açılır, yollar çəkilir.
Artıq Bakı-Gəncə-Gürcüstan sərhədi
magistral avtomobil yolu, demək olar, tam hazırdır. Onun
qısa bir hissəsi artıq tikilməkdədir, o da yəqin
ki, bir neçə aydan sonra istifadəyə veriləcəkdir.
Beləliklə, biz hamımız Bakıdan sərhədə
qədər rahat yoldan istifadə edəcəyik. Bildiyiniz kimi,
keçən illərdə Gəncə aeroportu yenidən
quruldu, xəstəxana tikildi, idman kompleksi, mehmanxanalar,
yaşayış binaları - yəni müasir şəhərə
xas olan bütün elementlər burada var. Belə olan halda, gələcəkdə
biz sadəcə olaraq, bax bu yolla, seçilmiş yolla getməliyik
ki, ölkəmizin inkişafı daimi olsun. Bunu etmək
üçün bütün imkanlarımız, iqtisadi
resurslarımız var, düşünülmüş siyasətimiz
var və bizim bütün planlarımız,
proqramlarımız xalq tərəfindən dəstəklənir.
Çünki bunlar quruculuq işləridir, bu işlər
ölkəmizin uzunmüddətli inkişafı
üçün bu gün zəmin yaradır. Bu gün
yaradılan müəssisələr gələcəkdə Azərbaycanın
inkişaf etdirilməsində öz rolunu oynayacaqdır.
Hazırda daha çox qeyri-neft sektoruna, sənaye müəssisələrinin
yaradılmasına diqqət göstərilir. Burada, əlbəttə,
özəl sektorun çox böyük rolu var. Azərbaycan
dövləti özəl sahibkarlığın
inkişafı üçün lazımi tədbirləri
görür. Digər tərəfdən, dövlət xətti
ilə həyata keçirilən infrastruktur layihələri
bax bu imkanları yaradır: elektrik enerjisi, qaz təchizatı,
su xətlərinin çəkilməsi - bütün bu
işlər ölkənin hər yerində görülür.
Bu, elə bir vəziyyət yaradır ki, investisiyaların cəlb
olunması üçün Azərbaycan öz cazibədarlığını
saxlayır. Biz indi daha çox qeyri-neft sektoruna investisiyalar cəlb
edirik ki, iş yerləri yaradılsın, Azərbaycanda
işsizlik tamamilə aradan qaldırılsın.
Son illərdə
bütün qəbul edilmiş proqramlar icra olundu, işsizliyin
aradan qaldırılması üçün böyük və
təsirli addımlar atıldı, yoxsulluğun səviyyəsinin
aşağı salınması üçün çox ciddi
işlər görüldü və təbii ki, insanların
maddi rifahı yüksəldi. Ancaq biz elə etməliyik ki, Azərbaycanda
yoxsulluq kimi sosial bəla ümumiyyətlə, aradan
qaldırılsın, işsizlik tamamilə aradan
qaldırılsın. Azərbaycanda istehsal olunan məhsullar
xarici bazarlara ixrac edilsin, biz artıq buna
başlamışıq və daha da böyük həcmdə
etməliyik. Daxili tələbatımızı
özümüz təmin etməliyik və elə
güclü sənaye potensialı yaratmalıyıq ki, Azərbaycan
neft amilindən asılı olmayaraq bundan sonra onilliklər ərzində
inkişaf etsin və xalqımız yaxşı
yaşasın.
İqtisadi inkişafla bərabər,
- nəzərə alaq ki, bunsuz bütün bu işləri
görmək mümkün olmayacaq, - əlbəttə ki,
sosial məsələlərin həllinə həmişə
çox böyük diqqət göstərməliyik. Gəncənin
timsalında biz bunu görürük, burada bu məsələlər
uğurla öz həllini tapır. Mən hər dəfə Gəncədə
olarkən, yenilikləri görərkən sevinirəm, əminəm
ki, siz də sevinirsiniz. Gəncənin tarixi abidəsi olan
"Xan bağı"nın yenidən qurulması və belə
gözəl səviyyəyə çatdırılması, əlbəttə
ki, məni çox sevindirir.
Bu gün mən Gəncədə
"İmamzadə" tarixi-memarlıq kompleksində bərpa
işləri ilə də
Bir sözlə, bizim işlərimiz
bütün sahələri əhatə edir və elə etməliyik
ki, hər bir sahədə ancaq və ancaq inkişaf olsun, irəliyə
atılan addımlar olsun. Sizi isə mən bir daha ürəkdən
salamlayıram. "Xan bağı"nın yenidən
qurulması münasibətilə sizi bir daha təbrik edirəm.
* * *
Gəncə Dövlət
Universitetinin rektoru Elman MƏMMƏDOV
görüş iştirakçıları adından minnətdarlıq
edərək dedi: Möhtərəm cənab Prezident, Sizi
Nizami yurdunda böyük ehtiramla salamlayırıq, qədim Gəncəyə
xoş gəlmisiniz! Qürur duyuruq ki, bu, son illərdə Gəncəyə
11-ci səfərinizdir. Bu, bizim üçün böyük
şərəfdir və Sizin Gəncəyə, gəncəlilərə
olan dərin hörmətinizi, qayğınızı
nümayiş etdirir. Sizin hər gəlişiniz Gəncəyə,
şəhərimizə böyük yeniliklər gətirir,
tarixi hadisəyə çevrilir.
Möhtərəm cənab
Prezident, Sizin diqqətiniz və qayğınız sayəsində
Gəncə sürətlə inkişaf edir, öz tarixini
qorumaqla yanaşı müasirləşir. Şəhərin əhalisi
gündən-günə artır, iqtisadiyyatı güclənir.
Gəncəmizdə böyük quruculuq və abadlıq
işləri görülür. Müasir hava limanı,
diaqnostika mərkəzi, beşulduzlu mehmanxana, gözəl
yollar, meydanlar, parklar, bağlar - bütün bunlara görə
Sizə minnətdarıq.
Möhtərəm Prezident, gəncəlilərin
ən gözəl, ən sevdiyi istirahət yerlərindən
biri olan bu gözəl "Xan bağı" Sizin göstərişinizlə
200 il ərzində ilk dəfə olaraq yenidən qurulubdur. Əsrlərin
yadigarı olan "İmamzadə" kompleksi ilk dəfədir
əsaslı təmir olunur, əslində, cənab Prezident,
yenidən tikilir.
Cənab Prezident, bu gün Gəncə
həqiqi mənada öz ən xoş günlərini
yaşayır. Bu, Sizin gördüyünüz böyük
işlərin nəticəsidir. Buna görə də qədirbilən
gəncəlilər Sizi qurucu İlham adlandırırlar.
Möhtərəm cənab Prezident, biz xoşbəxtik ki,
sözün əsl mənasında, müstəqil bir dövlətdə
yaşayırıq. Dövlətimiz bəzi ölkələr
kimi kənardan idarə olunmur. Azərbaycan dövləti
xalqın və Siz Prezidentin iradəsi ilə idarə edilir.
Bu, Heydər Əliyev siyasətinin nəticəsidir, Sizin
yüksək peşəkarlığınızın, cəsarətinizin
və möhkəm iradənizin nəticəsidir. Cənab
Prezident, biz Sizinlə fəxr edirik, Sizinlə qürur duyuruq.
Sizə böyük uğurlar, möhkəm
cansağlığı arzu edirik. Bir daha gəncəlilər
adından deyirəm: "Xoş gəlmisiniz!"
* * *
Prezident İlham ƏLİYEV: Bizim "Xan bağı" kimi
böyük sərvətimiz var. Bu, doğrudan da, çox
nadir və tarixi bir yerdir. Tarix və gözəllik burada cəmləşir.
Azərbaycan xalqının istedadı burada özünü
göstərir. Çox əhəmiyyətlidir ki, iki yüz
il bundan əvvəl belə bir park salınıb, ağaclar əkilib,
qorunub, onlara qulluq ediblər. Çətin dövrlər də,
yaxşı dövrlər də olmuşdur. Amma "Xan
bağı" həm öz adını, həm də
gözəlliyini saxladı. Bizim də borcumuz idi ki, indiki bu
işləri görək. Mən Eldar Əzizova deyirəm ki,
yəqin, bundan sonra ən azı 50 il burada təmir işlərinə
ehtiyac olmayacaqdır. Ondan sonra yəqin ki, edəcəklər.
Yeni parklar da salınmalı,
yeni istirahət yerləri də yaradılmalıdır. Yenə
deyirəm, burada təkcə gəzinti üçün şərait
yaradılmayıb, gözəl yay teatrı da bərpa olunub,
müxtəlif tədbirlər keçiriləcək, yəni
"Xan bağı" yaşayacaqdır. Əminəm ki, gəncəlilərin
ürəyincə olacaqdır.
* * *
Görüşdən
sonra xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.-11 fevral.- S. 1.