Samux rayonunda 500 kilovoltluq yardımçı stansiya istifadəyə verilmişdir

 

Prezident İlham Əliyev fevralın 9-da Samux rayonunda 500 kilovoltluq "Samux" yardımçı stansiyasının açılışında iştirak etmişdir.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına məlumat verərək bildirdi ki, rayonun Lək kəndi ərazisində ayrılmış 30 hektar sahədə 2008-ci ilin iyulunda başlanmış inşaat işləri 2010-cu ilin sonunda yekunlaşdırılmışdır.

Böyüklüyünə görə respublikamızda ikinci olan "Samux" yardımçı stansiyası Gəncə şəhərindəki poladəritmə alüminium zavodlarını elektrik enerjisi ilə təchiz edəcəkdir. Layihə çərçivəsində Gəncə alüminium zavodunda 330/110/10 kilovoltluq 110/35 kilovoltluq yardımçı stansiyalar da tikilmiş, enerjinin ötürülməsi üçün 26 kilometr uzunluğunda 500 kilovoltluq 64 kilometr uzunluğunda 330 kilovoltluq elektrik xətləri çəkilmişdir.

"Samux" yardımçı stansiyasında 100-dək yeni yerinin yaradılması nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev yardımçı stansiyanın inzibati binası ilə tanış oldu. Burada yaradılmış fotoguşədə ulu öndər Heydər Əliyevin Azərbaycanın energetika sisteminin inkişafı sahəsində gördüyü işləri əks etdirən şəkillər toplanmışdır.

Dövlət başçısı idarəetmə mərkəzində yardımçı stansiyanı işə saldı, inşaatçılara energetiklərə uğurlar arzuladı.

 

* * *

 

Fevralın 10-da Prezident İlham Əliyev respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda və Naftalan şəhərində də olmuş, habelə Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilmiş 42 kilometrlik hissəsinin açılışında iştirak etmişdir.

(Bu barədə hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 fevral.- S. 3.