Latviyanın Azərbaycandakı
səfiri "İrəli"
İctimai Birliyinin qonağı olmuşdur
Fevralın 10-da Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis "İrəli" İctimai Birliyinin (İB) qonağı olmuşdur. Əvvəlcə diplomat "İrəli" Gənclər Mərkəzi ilə tanış olmuş, onun fəaliyyəti ilə maraqlanmışdır.
İB-nin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, mərkəzdə keçirilmiş
görüşdə "İrəli"
İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə səfirə
ətraflı məlumat
vermişdir. Görüşdə
Azərbaycan ilə Latviya arasında münasibətlərin genişləndirilməsi,
qarşılıqlı səfərlərin,
ortaq layihələrin
təşkili və digər məsələlər
müzakirə olunmuşdur.
Azərbaycan.- 2011.-11 fevral.- S. 5.