Litva Azərbaycanla
bütün sahələrdə,
o cümlədən enerji sahəsində əməkdaşlıqda maraqlıdır
Litva Azərbaycanla bütün sahələrdə,
o cümlədən enerji sahəsində əməkdaşlıqda maraqlıdır.
Bu fikir fevralın 10-da Azərbaycanın
Sənaye və Energetika Nazirliyində
(SEN) ölkəmizdə rəsmi
səfərdə olan
Litva Seyminin sədri xanım İrena Dequtienenin başçılıq etdiyi
nümayəndə heyəti
ilə keçirilmiş
görüşdə səsləndirilmişdir.
SEN-in mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə iki ölkə arasında qarşılıqlı maraq
doğuran məsələlər
geniş müzakirə
olunmuşdur. Azərbaycanın
qazandığı sosial-iqtisadi
nailiyyətlər barədə
qonaqlara ətraflı
məlumat verən nazir Natiq Əliyev
ölkədə həyata
keçirilən enerji
layihələri haqqında
danışmışdır. Bildirilmişdir ki, Azərbaycan Odessa-Brodı-Plotsk-Qdansk
neft boru kəmərinin reallaşdırılmasında
maraqlıdır. Layihənin
həyata keçirilməsi
Baltikyanı ölkələrin
enerji təhlükəsizliyində
mühüm rol oynayacaqdır. Litva Seyminin sədri xanım İrena Dequtiene ölkəsinin Azərbaycanla bütün
sahələrdə, o
cümlədən enerji
sahəsində əməkdaşlıqda
maraqlı olduğunu bildirmiş, Odessa-Brodı-Plotsk-Qdansk
layihəsinin əhəmiyyətini
vurğulamışdır.
Azərbaycan.- 2011.-11 fevral.- S. 5.