Avropa Parlamentinin üzvləri:
"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik"
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildimişlər ki, fevralın 10-da nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvləri İvo Vaygel və Pino Arlaççi ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında "Şərq tərəfdaşlığı" çərçivəsində proqramların həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmışdır.
Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişlər. E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər arasında aparılan danışıqlar prosesi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.-11 fevral.- S. 5.