Respublika Uşaq və Yeniyetmələr
üçün Vərəm Xəstəlikləri
Sanatoriyasının yeni binasının tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Respublika əhalisinin
sağlamlığının qorunması ilə bağlı
görülən tədbirlər çərçivəsində
ölkəmizdə müasir tibbi avadanlıqlarla təchiz
olunmuş yeni səhiyyə ocaqlarının
yaradılmasının davam etdirilməsi məqsədilə qərara
alıram:
1. Bakı şəhəri Xəzər
rayonunun Buzovna qəsəbəsində Professor Gindes adına
Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm
Xəstəlikləri Sanatoriyasının yeni binasının
tikintisi ilə əlaqədar 2011-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə 3,0 (üç) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci bəndində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 fevral 2011-ci il
Azərbaycan.- 2011.- 12
fevral.- S. 1.