S.N.Ələkbərova
3-cü dərəcəli dövlət
vergi xidməti müşaviri rütbəsinin
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası vergilər nazirinin müavini Sahib Nurəddin oğlu Ələkbərova 3-cü dərəcəli
dövlət vergi xidməti müşaviri rütbəsi verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 fevral 2011-ci il
Azərbaycan.- 2011.- 12 fevral.- S. 1.