"Chinar Hotel & SPA Naftalan" kompleksinin yenidənqurmadan
sonra açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
fevralın 10-da Naftalanda "Chinar Hotel & SPA Naftalan"
kompleksinin yenidənqurmadan sonra açılışında
iştirak etmişdir.
Dövlət
başçısı açılışı bildirən
lenti kəsdikdən sonra komplekslə
Naftalanda kurort
zonasının inkişaf etdirilməsi məqsədilə
şəhərin inzibati ərazisinin genişləndirilməsi
barədə Prezident İlham Əliyevin sərəncamı
burada turizmin inkişafına da təkan verəcəkdir.
"Chinar Hotel & SPA
Naftalan" kompleksinin istifadəyə verilməsi son illərdə
Azərbaycanda yeni səhiyyə ocaqlarının,
sanatoriyaların, mehmanxanaların inşasının, kurort
zonalarının inkişaf etdirilməsinin dövlət siyasətinin
prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir.
18,8 hektar ərazidə yerləşən
312 yerlik "Chinar Hotel & SPA Naftalan" kompleksinin əsaslı
təmirinə 2007-ci ilin mayında başlanılmış,
2010-cu ilin noyabrında sona
çatdırılmışdır.
Dövlət
başçısı kompleksin foyesinin divarlarında çəkilmiş
və Naftalan neftinin tarixinə həsr olunmuş kompozisiyalara
baxdı.
200 nəfərin işlə
təmin ediləcəyi kompleksin urologiya, dietalogiya, ginekologiya,
kardiologiya, qulaq-burun-boğaz, stomatologiya, terapiya və
dermatologiya şöbələrinin olduğu poliklinikası
İtaliya, Almaniya, Çexiya, Türkiyə, Yaponiya və Cənubi
Koreyada istehsal edilmiş müasir tibbi avadanlıqla təchiz
olunmuşdur. Burada ən müasir tibbi avadanlığı
olan biokimyəvi, hematoloji, mikrobioloji, immunoloji, seroloji
laboratoriyalar fəaliyyət göstərir. Poliklinikada hərəkət
orqanları, qulaq-burun-boğaz, uşaq, uroloji, dəri,
ginekoloji, periferik damar, periferik sinir və mərkəzi sinir
sistemi xəstəliklərinin müalicəsi
aparılacaqdır.
Dövlət
başçısı SPA terapiya, fizioterapiya və
reabilitasiya, fitnes mərkəzləri ilə
Birnəfərlik, ikinəfərlik
və ailəvi otaqlardan ibarət (cəmi 170 otaq) yataq
korpusunda bütün zəruri şərait
yaradılmışdır. Burada qadın gözəllik mərkəzi,
internet klub, hədiyyələr dükanı var, elektrikli
arabaların və velosipedlərin kirayəsi xidmətləri
təşkil olunmuşdur. Ərazi
yaşıllaşdırılmış, uşaqlar
üçün əyləncə guşəsi
yaradılmışdır.
Dövlət
başçısı müasir standartlara cavab verən su
prosedurları korpusunda türk hamamına, sauna və hovuza
baxdı.
Sonra Prezident İlham Əliyev
Naftalan şəhəri ictimaiyyətinin nümayəndələri
ilə görüşdü.
Dövlətimizin
başçısı İlham ƏLİYEV
naftalanlıları təbrik edərək dedi: - Mən sizi
salamlayıram və "Çinar" hotelinin istifadəyə
verilməsi münasibətilə ürəkdən təbrik
edirəm. Çox böyük hadisədir, deyə bilərəm
ki, tarixi bir hadisədir. Siz yaxşı bilirsiniz ki, sovet
dövründə bax, bu binada sanatoriya yerləşirdi və
Sovet İttifaqının müxtəlif yerlərindən
buraya qonaqlar gəlirdi. Sonrakı dövrdə bu bina
yararsız vəziyyətə düşmüşdü, demək
olar ki, fəaliyyət göstərmirdi. Ancaq, bax, görülən
işlər, ölkəmizdə aparılan islahatlar nəticəsində,
Azərbaycanda hökm sürən sabitlik, iqtisadi inkişaf nəticəsində
investorlar bu binaya vəsait qoyublar və gözəl, ən
yüksək standartlara cavab verən mehmanxana, müalicə
kompleksi və istirahət mərkəzi
yaradılmışdır.
Mən bir də demək istəyirəm
ki, "Çinar"ın bərpası böyük məna
daşıyır. Çünki "Çinar"ın bərpasından
Naftalan şəhərinin yeni inkişaf dövrü
başlayır. Mən keçən dəfə burada olarkən,
vəziyyətlə
Bu il Azərbaycanda turizm ili
elan olunub və təkcə Bakı şəhərində
beşulduzlu 5 mehmanxana istifadəyə veriləcəkdir. Bu
mehmanxanaların hamısı dünya brendləri səviyyəsindədir
və onların istifadəyə verilməsi Bakının
turizm imkanlarını bir neçə dəfə
artıracaqdır.
Mən çox şadam ki,
Bakı ilə bərabər, bölgələrdə də
belə gözəl şərait yaradılır. Naftalanda
"Çinar" mehmanxana və müalicə kompleksi
açılır, "Qaşaltı" mehmanxanası
açılır, yəni bir gündə şəhərdə
iki gözəl mehmanxana və müalicə mərkəzi
açılır.
Digər bölgələrdə
də buna oxşar proseslər gedir. "Şahdağ"
kurort mərkəzi yaradılır və bu il birinci
mehmanxananın açılışı olacaqdır. Yəni
bu proses Azərbaycanda artıq sürətlə gedir.
Bütün başqa sahələrlə yanaşı, turizmin
inkişafı çox böyük məna daşıyır,
ölkəmizin gələcək inkişafını müəyyən
edəcəkdir.
Biz elə etməliyik ki, Azərbaycanda
yaradılan bütün turizm infrastrukturu bax, bu cür olsun:
gözəl səviyyə, gözəl xidmət, yüksək
keyfiyyət. Naftalan şəhəri üçün belə
gözəl obyektlərin yaradılması böyük əhəmiyyət
daşıyır. Çünki bu, yeni iş yerlərinin
yaradılması deməkdir. Buraya gələcək
qonaqların sayı artacaq, nəinki MDB məkanından, mən
tam əminəm ki, uzaq xaricdən də buraya gələcəklər.
Mən dünyanın müxtəlif yerlərində
olmuşam, mehmanxanalarda qalmışam, tam əminliklə deyə
bilərəm ki, burada olan şərait ən yüksək səviyyədədir.
Mən çox şadam ki,
Azərbaycanda nəinki paytaxtda, paytaxtdan uzaqda yerləşən
bölgələrdə də belə gözəl şərait
yaradılır.
Naftalan nefti isə, - siz bunu
yaxşı bilirsiniz, - nadir müalicəvi keyfiyyətə
malikdir. Əsrlər boyu burada yaşayan insanlar bu imkandan, bu
neftdən istifadə etmişlər. Sovet dövründə
Naftalan Sovet İttifaqı miqyasında çox
tanınmış bir şəhər idi. Sonra müəyyən
səbəblər üzündən öz şöhrətini
itirmişdi. Bugünkü gün Naftalanın yenidən
canlanması üçün, özünə layiq yeri
tutması üçün həlledici gündür, tarixi
gündür və bax, bu iki gözəl mehmanxananın tikilməsi
Naftalanın bundan sonrakı inkişafı üçün əsas
şərtdir.
Bununla bərabər, mən
göstəriş vermişəm və indi şəhərlə
tanış olacağam - nəinki mehmanxanalar, bütün
şəhər abadlaşmalıdır. Şəhərdəki
bütün binalar təmir olunmalıdır, parklar, yeni
xiyabanlar salınmalıdır və Naftalan nəinki Azərbaycanda,
bütün bölgədə nadir bir gözəllik məkanına
çevrilməlidir. Mən əminəm ki, bir neçə
ildən sonra bu bölgədə Naftalan kimi gözəl,
yaraşıqlı, rahat şəhər olmayacaqdır. Yəni
mən bunu istəyirəm, baxmayaraq ki, Azərbaycanın
çox gözəl bölgələri var, o bölgələrdə
də yeni mehmanxanalar tikilir, yeni infrastruktur layihələri həyata
keçirilir. Ancaq Naftalanın öz xüsusi yeri var və
buraya gələcək qonaqların sayı artacaqdır. Təkcə
Naftalan neftinə görə deyil, həm də burada olan turizm
imkanlarına görə.
Bir də demək istəyirəm
ki, bax, bu gözəl kompleksin yaradılması Azərbaycanda
aparılan işlərin nəticəsidir. İnvestisiya
qoyuluşu, iqtisadi inkişaf, sənaye imkanlarının
genişləndirilməsi, ölkənin inkişafının
güclənməsi bizə imkan verir ki, belə gözəl əsərlər
yaradılsın və Azərbaycan xalqına xidmət etsin.
Mən bütün
naftalanlıları bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik etmək istəyirəm. Əminəm
ki, bu gözəl mehmanxana kompleksi uğurla fəaliyyət
göstərəcək və bundan sonrakı dövrdə
investorlar başqa sahələrə də vəsait qoyacaqlar. Bir
daha sizi təbrik edirəm.
* * *
Naftalan Sanatoriya-Kurort
Birliyinin baş həkimi Hətəm QOCAYEV şəhər
ictimaiyyəti adından çıxış edərək
dedi:
- Cənab Prezident, icazə
verin, Sizi şəhər ictimaiyyəti adından
salamlayım, şəhərimizə "Xoş gəlmisiniz!"
deyim.
Naftalanda ilk kurort 1935-ci ildə
fəaliyyətə başlasa da, uzun müddət Naftalan
kurortu elə bir inkişaf mərhələsi keçməmişdi.
Naftalan kurortunun inkişaf mərhələsi əsasən
1970-80-ci illərdə ulu öndərimizin respublikaya rəhbərlik
etdiyi dövrdə başlamışdır. O vaxt Naftalanda yeni
infrastruktur layihələri həyata keçirilmiş,
sanatoriyalar açılmış, sosial obyektlər
tikilmiş və Naftalana müalicəyə gələn xəstələrin
sayı 70 min nəfəri keçmişdi.
Ancaq bilirsiniz ki, sonrakı
dövrlərdə məlum hadisələrlə əlaqədar
vəziyyət dəyişmişdir. Nəhayət,
Naftalanın ikinci inkişaf dövrü Sizin 2008-ci ilin mart
ayında şəhərimizə gəlişinizdən sonra
başladı.
Cənab Prezident, o vaxt Siz
bizimlə görüşəndə belə bir fikir
vurğuladınız ki, Naftalan dünyanın şöhrətli
kurort şəhərinə çevriləcəkdir. Artıq
bu, reallıqdır. Bu reallığı biz
görürük. Yaxın gələcəkdə, həqiqətən,
bu reallıq daha böyük olacaqdır. Naftalan şəhərində
bir ildə elə işlər görülüb ki, bunu deməklə,
saymaqla qurtarmaq olmaz. Şəhərin kanalizasiya sistemi,
işıq, su, qaz sistemi tamamilə yenilənib, mərkəzləşmiş
istilik sistemi yaradılıbdır, Naftalanda illərlə
yığılıb qalmış problemlər bir ildə həll
olunubdur.
Cənab Prezident, Naftalanda
doqquzmərtəbəli binaların liftləri 20-30 il idi ki,
işləmirdi. Hazırda gözəl və müasir liftlər
quraşdırılıbdır. Şəhərin hər
yerində abadlıq işləri görülür. Bütün
bunlar Sizin göstərişləriniz sayəsində
mümkün olmuşdur. Cənab Prezident, buna görə də
Sizə "Çox sağ olun!" deyirik.
Biz sevinirik ki, indi belə
gözəl sanatoriyalarımız var. Bu sanatoriyaları
dünyanın ən mötəbər sanatoriyaları ilə
müqayisə etmək olar, bəzi parametrlərinə görə
onlardan da yüksəkdir. Ona görə də inanırıq
ki, gələcəkdə bizim digər sanatoriyalarımız
da belə təmir olunacaq, yenidən bərpa ediləcək və
buraya çoxlu sayda insanlar gələcəkdir. Bu isə
Naftalan şəhərinin özünə böyük iqtisadi
gəlir gətirəcəkdir.
Cənab Prezident, hazırda
şəhərimizə dünyanın çox ölkələrindən
- Almaniyadan, Polşadan, Macarıstandan, İrandan, Türkiyədən
insanlar müalicəyə gəlirlər. Onlar bizim ölkəyə
gələndə, bu inkişafı görəndə, Naftalan
şəhərində - ölkənin balaca bir bölgəsində
belə bir inkişafı görəndə, inanın, elə
ağızdolusu danışırlar ki, biz heyran qalırıq
və şübhəsiz, çox sevinirik. Cənab Prezident, bu
sevinci bizə Siz bəxş etmisiniz. Ona görə də Sizə
bir daha "Çox sağ olun!" deyirik.
Biz inanırıq ki, gələcəkdə
Naftalan daha da gözəlləşəcək, bundan da
yaxşı olacaqdır. Bu, bizim də üzərimizə
böyük məsuliyyət qoyur. Çünki Sizin
etimadınızı doğrultmalıyıq, elə işləməliyik,
işlərimizi elə qurmalıyıq ki, buraya gələn
insanlar razılıqla getsinlər. Naftalan şəhərinə,
sakinlərinə göstərdiyiniz bu diqqət və
qayğıya görə Sizə dərin minnətdarlığımızı
bildiririk. Cənab Prezident, Sizə uzun ömür,
cansağlığı arzulayıram. Allah Sizi qorusun.
* * *
Prezident İlham ƏLİYEV:
Çox sağ olun. Sözlərinizə görə çox
minnətdaram. Mən ilk dəfə Naftalana üç il
bundan əvvəl gəlmişəm, ondan əvvəl
olmamışam. Sovet dövründə də olmamışam.
Bir də demək istəyirəm ki, əlbəttə, Naftalan
haqqında çox eşitmişdim və burada mənim iki
şey diqqətimi çəkdi. Birincisi, buranın gözəl
təbiəti və şəhərin planlı şəkildə
qurulması. Yəni buranın xiyabanları, yolları,
küçələri, ağacları, parkları mənə
çox böyük təsir göstərdi. Mən burada
şəhərin elə bil ki, keçmiş gözəlliyini
gördüm.
İkinci təəssürat
isə o qədər də müsbət deyildi. Yəni şəhərin
vəziyyəti. Uçmuş binalar, dağılmış
yollar, əyilmiş işıq dirəkləri. Vəziyyət
çox ağır idi, siz bunu yaxşı bilirsiniz. Bax, bu iki
təəssürat məndə, necə deyərlər, belə
bir fikir yaratdı ki, axı necə ola bilər ki, belə
gözəl təbiəti, belə iqlimi olan şəhər
bu vəziyyətdədir. Nə üçün? Axı, belə
olmamalıdır.
Tədbirlər görülməyə başladı və o vaxt mən sizə demişdim ki, Naftalan dünya səviyyəli kurort mərkəzinə çevriləcəkdir. Bax, üç il keçdi, bəlkə də bir qədər az, artıq biz bunun əlamətlərini görürük. Təkcə bu mehmanxananın tikilməsində yox. Halbuki, özlüyündə bu, böyük bir nəticədir. Mən sizi inandırıram, dünya miqyasında həm müalicə, həm istirahət, həm şərait səviyyəsinə görə buna bənzər kompleks yoxdur. Ancaq əgər biz təkcə bunu yaratsaydıq, binalar, infrastruktur bərbad vəziyyətdə qalsaydı, bu, ən əvvəl ədalətsizlik olardı. Çünki buradakı insanlar da yaxşı yaşamalıdırlar. Digər tərəfdən, ola bilməz ki, bir gözəl bina, yaxud da obyekt tikilsin, ətrafı isə bərbad olsun. Ona görə biz bu məsələyə kompleks şəkildə yanaşdıq. Mən bir də demək istəyirəm ki, Naftalanın bütün binaları təmir olunmalıdır və olunur. Köhnə binalar bərpa edilir, infrastruktur yaradılır - qaz, su, elektrik xətləri. İndi magistral yoldan Naftalana gözəl yol çəkilir. Bir müddət bundan əvvəl biz Gəncə aeroportunu yenidən bərpa etdik. İndi xarici qonaqlar təyyarə ilə Gəncəyə gələ bilirlər, Gəncədən başqa şəhərlərə, başqa ölkələrin şəhərlərinə də uçuşlar var. Bakıya da gələ bilərlər. Bakıdan buraya gəlmək üçün gözəl, rahat magistral yol da çəkilibdir. Naftalanın qonaqları bu bölgədə yerləşən digər şəhərlərə də gedə bilərlər.
Artıq
Naftalanda dünya səviyyəli iki mehmanxana var. Mən əminəm ki, bundan sonra da
mehmanxanalar tikiləcəkdir. Siz qeyd etdiniz ki, ildə 70 min
adam gəlirdi. İndi bilmirəm, 70 minə biz çata bilərik,
yoxsa yox, amma tam əminliklə deyə bilərəm ki, gələn
ildən buraya bir neçə min adam gələcəkdir. Əlbəttə
ki, bu imkanların gərək reklam tərəfi də həll
olunsun. Buranı işlədənlər bunu yaxşı bilirlər
ki, gərək dünyada da bilsinlər ki, Naftalan kimi bir yer
var və burada nəinki müalicə almaq olar, həm də
sadəcə, gözəl vaxt da keçirmək
mümkündür.
Bugünkü Azərbaycan
bax, bu reallıqları əldə edibdir. Bugünkü Azərbaycan
dinamik inkişaf edən müasir ölkədir və
müasir ölkədə hər şey yüksək səviyyədə
olmalıdır. Bizdə tətbiq olunan standartlar
dünyanın ən yüksək standartlarından geri
qalmamalıdır. Bütün sahələrdə - istər
turizm, istər xidmət, istər infrastruktur baxımından,
istərsə də digər məsələlər
baxımından.
Bir də demək istəyirəm
ki, bugünkü gün Naftalanın yeni tarixinin
başlanğıcıdır. Əminəm ki, bir neçə
ildən sonra biz istədiyimizə nail olacağıq və
Naftalan dünyanın ən gözəl yerlərindən birinə
çevriləcəkdir.
Sizi bir daha təbrik edirəm.
* * *
Görüşdən sonra
xatirə şəkilləri çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.-12 fevral.- S. 2, 3.