Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini
və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-12 fevral.- S. 4.