Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Konkisürmə
İttifaqının Prezidenti
Ottavio Çinqvantonu qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də
Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti
Ottavio Çinqvantonu qəbul etmişdir.
Beynəlxalq Konkisürmə
İttifaqının Prezidenti Ottavio Çinqvanto Azərbaycana
səfərindən məmnunluğunu bildirdi. O, Bakının
müasirliyinin və paytaxtımızdakı inkişaf proseslərinin
şahidi olduğunu dedi.
Ölkəmizdə idmana dövlət səviyyəsində xüsusi diqqət göstərildiyini bildirən Prezident İlham Əliyev son illər Azərbaycanın idman sahəsində böyük uğurlar və nailiyyətlər əldə etməsinin önəmini vurğuladı. Dövlətimizin başçısı Beynəlxalq Konkisürmə İttifaqının Prezidenti Ottavio Çinqvantonun ölkəmizə bu səfərinin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.- 2011.-12 fevral.- S. 4.