Mərkəzi Seçki Komissiyasında ATƏT Parlament
Assambleyasının nümayəndə
heyəti ilə görüş olmuşdur
Fevralın 11-də ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrossurukun rəhbərlik etdiyi seçkisonrası missiyanin üzvləri Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ATƏT PA-nın Müşahidə Missiyasının üzvlərini salamlayan sədr M.Pənahov son parlament seçkilərində müşahidəçi qismində iştiraka və konstruktiv əməkdaşlığa görə qonaqlara minnətdarlıq etmişdir.
MSK sədri seçki qurumlarının seçkisonrası fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermiş, yanvarın əvvəlindən seçici siyahılarının dəqiqləşdrilməsinə başlandığını və bu prosesin mayın sonuna qədər yekunlaşacağını, habelə, seçki subyektlərinin maarifləndirilməsi ilə bağlı proqramın həyata keçiriləcəyini qeyd etmişdir.
Müşahidə missiyasının rəhbəri seçki komissiyalarının seçkisonrası fəaliyyəti ilə bağlı ətraflı məlumata və səmimi görüşə görə Mərkəzi Seçki Komissiyasının sədrinə təşəkkürünü bildirmişdir.
Görüşdə qarşılıqlı
maraq doğuran məsələlərlə bağlı
fikir mübadiləsi də aparılmışdır.
Azərbaycan.- 2011.-12 fevral.- S. 5.