"İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda "dəyirmi masa" keçirilmişdir

 

Bakı Biznes Mərkəzində Milli Məclisin komitə sədrlərinin, iqtisadçı alimlərin işgüzar dairələrin vergi xidməti işçilərinin peşə bayramına həsr olunmuş "İqtisadi inkişafa xidmət edən vergi islahatları" mövzusunda tədbir keçirilmişdir.

Tədbirdən əvvəl Vergilər Nazirliyinin kollektivi Fəxri xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülmüşdür. Vergi xidməti əməkdaşları Şəhidlər xiyabanını da ziyarət etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Tədbiri giriş sözü ilə açan vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov nazirliyin yaradılmasından ötən 11 il ərzində ölkəmizdə bir çox siyasi sosial-iqtisadi problemlərin uğurla həll edildiyini, demokratik dövlət quruculuğu prosesinin dönməz xarakter aldığını, regionda lider dövlətə çevrilən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artdığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Qeyd edilmişdir ki, ardıcıllıqla həyata keçirilən dinamik iqtisadi inkişaf strategiyası, kompleks proqramlar modern ideyalar əsasında reallaşdırılan quruculuq işləri nəticəsində ölkənin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir. Bütün dünyanı bürümüş maliyyə böhranına baxmayaraq, təkcə 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar sərmayə yönəldilmişdir. İnvestisiyaların strukturunda daxili investisiyaların payının çoxalması, qeyri-neft sahələrinə yönəldilən sərmayələrin neft sənayesinə qoyulan sərmayələri üstələməsi iqtisadiyyatın diversifikasiyasını dayanıqlığını şərtləndirmişdir.

F.Məmmədov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilməsinə başlanmış vergi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan mütərəqqi islahatlar nəticəsində vergi qanunvericiliyi inzibatçılığının təkmilləşdirildiyini diqqətə çatdırmışdır. O, Azərbaycanın müasir standartlara cavab verən vergi qanunvericiliyi bazasına malik olduğunu onun təkmilləşdirilməsi üçün lazımi tədbirlər görüldüyünü bildirmişdir. Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi vergi ödəyiciləri üçün bərabər iqtisadi şərait yaradır, vergi ödəyiciləri arasında diskriminasiyaya yol vermir. Qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində hüquqi şəxslərin mənfəət vergisi ilə fərdi sahibkarların gəlir vergisinin dərəcəsi uzlaşdırılmış, rezident qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükü bərabərləşdirilmişdir ki, bu da investisiya yatırılmasını şərtləndirən əsas amillərdəndir.

Nazir daha sonra bildirmişdir ki, vergi yükünün səviyyəsi ölkədəki iqtisadi reallıqlara uyğundur, vergi dərəcələri mütəmadi olaraq aşağı salınır. 2010-cu ilin yanvar ayının 1-dən etibarən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizədək, gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizədək endirilmiş, fərdi sahibkarlar üçün gəlir vergisi 20 faiz səviyyəsində müəyyən olunmuşlur.

"Elektron hökumət" layihəsinin tərkib hissəsi olan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin vergi ödəyicilərinə ən mütərəqqi xidmətləri təqdim etməyə imkan verir. Azərbaycan MDB məkanında elektron bəyannamələri tətbiq etmiş ilk ölkələrdən biridir. Ötən ilin yekununa görə, Azərbaycanda ƏDV ödəyicilərinin 99,9, digər vergi ödəyicilərinin isə 82,6 faizi bəyannamələrini elektron formada təqdim etmişlər.

Nazir çox uğurlu unikal layihə olan ƏDV depozit hesablarının tətbiq edildiyi 3 il ərzində ödənilən ƏDV-nin ümumi məbləğinin 2 dəfəyə yaxın artdığını bildirərək hazırda Vergilər Nazirliyinin Avropa Şurasının Twininq proqramı çərçivəsində ölkəmizdə elektron auditin tətbiqi üzərində işlədiyini bildirmişdir.

F.Məmmədov xüsusi vurğulamışdır ki, Prezidentin Nazirlər Kabinetinin 2010-cu ilin yekunları 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində vergi orqanları qarşısında qoyulmuş konkret tapşırıqların həlli nazirliyin bütün qüvvələrinin səfərbər olunmasını tələb edir. Bu istiqamətdə aparılan işlər barədə məlumat verən nazir səhmlərinin 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin vergi hesablamaları ödəmələrinin vergitutma bazasının ciddi təhlil olunduğunu, potensial mənbələrin aşkarlanaraq vergiyə cəlb olunması istiqamətində tədbirlərin həyata keçirildiyini bildirmişdir.

Milli Məclisin komitə sədrləri - akademik Ziyad Səmədzadə professor Şəmsəddin Hacıyev, eləcə akademik Asəf Nadirov, Azərbaycan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Akif Musayev, Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva başqaları tədbirdə çıxış edərək ölkədə həyata keçirilən vergi siyasəti barədə fikir təkliflərini bildirmişlər.

 

 

Azərbaycan.- 2011.-12 fevral.- S. 7.