Astanada keçirilən "Nur
Otan" partiyasının qurultayında Azərbaycan Milli Məclisinin
deputatları iştirak etmişlər
Astanada hakim "Nur Otan"
partiyasının 13-cü qurultayı keçirilmişdir. Qurultayda
partiyanın Siyasi Şurasının üzvləri, səfirliklərin
və beynəlxalq təşkilatların nümayəndələri,
politoloqlar, xarici ölkələrdən gəlmiş
tanınmış ictimai-siyasi xadimlər iştirak etmişlər.
Azərbaycanı bu siyasi tədbirdə Milli Məclisin
deputatları Aydın Mirzəzadə və Mirkazım
Kazımov təmsil etmişlər.
"Nur Otan" partiyası
sədrinin birinci müavini Nurlan Niqmatulin hesabat məruzəsi
dinlənilmişdir.
13-cü qurultaya gələn
təbriklər səsləndirilmiş, "Yeni Azərbaycan"
partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin
təbriki oxunmuşdur.
Sonra partiyanın sədri
Nursultan Nazarbayevin aprelin 3-də keçiriləcək prezident
seçkilərində iştirak etmək üçün
namizədliyi irəli sürülmüşdür.
Azərbaycandan qurultayda qonaq
qismində iştirak edən "Yeni Azərbaycan"
partiyasının nümayəndəsi, Milli Məclisin
deputatı Aydın Mirzəzadə təmsil etdiyi partiyanın
"Nur Otan" partiyası ilə əlaqələrindən
danışmışdır. Onun sözlərinə görə,
2009-cu ildə "Nur Otan" partiyasının nümayəndələri
Bakıda olarkən partiyalar arasında niyyət protokolu
imzalanmış, əməkdaşlıq uğurla davam edir.
Günün ikinci
yarısında Qazaxıstanın Mərkəzi Seçki
Komissiyası Qazaxıstanın dövlət
başçısı Nursultan Nazarbayevin prezidentliyə namizədliyini
qeydə almışdır.
Xatırladırıq ki,
"Nur Otan" partiyasının sıralarında
Qazaxıstanda yaşayan soydaşlarımızın sayı 50
mindən artıqdır.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Azərbaycan.- 2011.-13 fevral.- S. 2.