Nə vaxtsa o yurdlarımıza
qayıdacağıq
Xudafərin körpüsünə çatanda iranlı sürücüyə - qardaş, mümkünsə maşını burada bir dəqiqəliyə saxla - deyə müraciət etdim. O maşını saxlayıb soruşdu:
- Ağa, burada neyləmək istəyirsən?
Yarızarafat dedim ki, bu körpü vasitəsi ilə Arazın o tayına gedib-qayıtmaq istəyirəm. Sürücünün təəccübü və narahatçılığı bir qədər də artdı. Tələsik dedi:
- Elə şeymi olar? Bu
mümkün deyil. Sərbazlar bizi möhkəm cəzalandırarlar.
...Xudafərin körpüləri
ilə
Səthi yonulmuş daş
lövhələri ilə üzlənən 11
aşırımlı körpü XIII əsrdə - Elxanilərin
hakimiyyəti dövründə yenidən bərpa edilib.
Ötən əsrin 30-cu illərinədək əsas
keçid məntəqələrindən biri kimi fəaliyyət
göstərib, az sonra sovet ordusu tərəfindən
dağıdılıb, üç orta tağı indiyədək
salamat qalıb. İndi yaddaşlarda "Sınıq
körpü" tək yaşayır.
Onu da qeyd edək ki, bu
körpülər təbii qayalar üzərində inşa
olunduğundan, aşırımlar arasında məsafə də
müxtəlifdir.
...15 aşırımlı
Xudafərin körpüsünü, Cəbrayıl rayonu ərazisindəki
dağların, təpələrin döşünə
sığınan və təxminən əlliyə yaxın
evi əhatə edən kəndin miskin və yoxsul görkəmini
fotokameranın yaddaşına köçürmək istəyəndə
yanımızda ağ rəngli bir maşın dayandı.
Maşından düşən xüsusi geyim formasında olan
şəxs bizdən soruşdu:
- Burada neyləyirsiniz?
Baxışları əlimdəki
kiçik fotoaparata sataşanda amiranə şəkildə:
- Maşınınıza
oturub yolunuza davam edin, özünüzə problem
yaratmayın, sərhəd boyunca şəkil çəkmək
qadağandır.
Yol boyunca gördüyüm
uçuq-sökük binalar yenidən gözlərim
önündə canlandı. O evlər ki, heç birində
qapı-pəncərələr, dam örtüyü
qalmayıb.
Araz çayı boyunca
ürəkağrıdan daha bir neçə acı mənzərənin
şahidi olduq. İri bir kənddə də evlərin görkəmi
təxminən eyni halda idi. Həyət-bacalarda
yaşıllıq əlaməti olan ağac, ting gözə dəymirdi,
olanlar da qurumuşdu.
Zəngilan rayonunun bir
çox sərhəd yaşayış məntəqələrində
isə od-alova bürünən sahələr az deyildi. Hiss
olunurdu ki, məkrli düşmənlərimiz ilin soyuq günlərində
otlaqları, yaşıllıqları məhv etməklə
ekologiyamıza ciddi ziyan vurublar.
Sovet dönəmində ermənilərlə
sərhəd xəttində yerləşən əsgər
zastavası da neçə illərdir ki, xarabalığı
xatırladır.
Neyləyək ki, hələ
də müharibə şəraitindəyik, işğal
altında olan torpaqlarımızda məkrli düşmən
talançılıqla məşğul olur.
Mincivanda, xüsusən də Nüvədi yaşayış məntəqəsində gördüklərimiz də ürəkaçan deyildi. İqtisadi inkişafın zəifliyini, geriliyi buradakı rayon mərkəzlərinin timsalında da aydın sezmək olurdu. Ən acınacaqlısı isə dəmiryol xətlərində aparılan dağıdıcılıq tədbirləri idi. Polad relslər sökülərək maşınlara yüklənib daşınırdı. Deyilənə görə, onlar "metallom" adı ilə uzaq ölkələrə satılır.
...Bakıdan Naxçıvana avtomaşınla getməyin öz çətinlikləri olur. Əvvəla, gün ərzində, gərək oturaq halda təxminən 600-650 kilometr yol qət edəsən. Əsas çətinlik də qonşu ölkədə Nənəmvay deyilən ərazidədir. Bu istiqamətdə yolun xeyli hissəsi uca dağ ətəklərindən, keçidlərindən ibarətdir. Araz çayı boyunca, Xudafərin istiqamətində uzanan ensiz, darısqal asfalt yol sürücülərdən böyük məharət tələb edir. Üstəlik, işğal olunmuş sərhəd kəndlərimizin indiki mənzərəsi - dam örtükləri, qapı və pəncərələri dağıdılmış, həyət-bacalarındakı ağacları qurumuşdur. Həyat nişanəsi olmayan bu kəndlər daha çox xarabalıqları xatırladır.
Elə düşünürəm ki, lentə alınmış fotoşəkillər də bu barədə bəzi mətləbləri açıqlayacaq. Amma bir cəhət də var. Düşmən orada qorxa-qorxa yaşayır. Bilir ki, bu torpaq onun deyil. Nə vaxtsa sahibi qayıdacaq.
Məmməd MƏMMƏDOV
Azərbaycan.- 2011.-13 fevral.- S.5.