Serbiya Respublikasının Prezidenti zati-aliləri cənab Boris Tadiçə

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi yolunda səylərimiz bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq tərəqqi arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 fevral 2011-ci il

 

Azərbaycan.- 2011.-15 fevral.- S. 1.