2011-ci il yanvarın 31-də Bakı
şəhərində imzalanmış
"Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi və Fələstin dövlətinin
Xarici İşlər
Nazirliyi arasında Fələstin dövlətinin
Azərbaycan Respublikasındakı
səfirliyinin fəaliyyətinə
maddi-texniki yardım göstərilməsi haqqında
Saziş"in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2011-ci il
yanvarın 31-də Bakı
şəhərində imzalanmış
"Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi və Fələstin dövlətinin
Xarici İşlər
Nazirliyi arasında Fələstin dövlətinin
Azərbaycan Respublikasındakı
səfirliyinin fəaliyyətinə
maddi-texniki yardım göstərilməsi haqqında
Saziş" təsdiq
edilsin.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
1-ci bəndində göstərilən
sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
1-ci bəndində göstərilən
sazişin qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi
barədə Fələstin
dövləti tərəfini
xəbərdar etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 fevral 2011-ci il
Azərbaycan.- 2011.- 15 fevral.-
S. 1.