Avstriyanın Azərbaycandakı səfiri Qafqaz Müsəlmanları İdarəsində olmuşdur

 

Fevralın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüşmüşdür.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, diplomatı Avstriyaya səfərləri, bu ölkədə keçirilən konfranslarda iştirakı zamanı yerli müsəlmanlarla, avstriyalı din xadimləri ilə görüşləri barədə məlumatlandıran Şeyxülislam Allahşükür Paşazadə bu əlaqələrin xalqlarımız arasında dini-mənəvi münasibətlərin inkişafına töhfə verdiyini vurğulamışdır.

Görüşdə iki ölkə arasında mənəvi sahədə qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə olunmuşdur.

Görüşün sonunda Şeyxülislam A.Paşazadə avstriyalı səfirə xatirə hədiyyəsi təqdim etmişdir.

 

 

Azərbaycan.- 2011.-15 fevral.- S. 2.