Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü
seçilmişdir
Azərbaycanın
ekologiya və təbii sərvətlər naziri Hüseyn
Bağırov ətraf mühit bölməsi üzrə Avropa
Nazirlər Şurasının üzvü seçilmişdir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə Ümumdünya Səhiyyə Təşkilatının
Avropa Regional Bürosunun direktoru Suzanna Jeykub və Birləşmiş
Millətlər Təşkilatının Avropa İqtisadi
Komissiyasının baş katibinin müavini Jan Kubişin
imzası ilə daxil olan məktubda qeyd olunur ki, BMT-nin Avropa
İqtisad Komissiyasının Ekoloji siyasət üzrə komitəsinin
2-5 noyabr 2010-cu il tarixlərində Cenevrə şəhərində
keçirilən on yeddinci sessiyasında Azərbaycan, Belarus,
Rumıniya və Türkiyənin ətraf mühit nazirləri
bu sahə üzrə Avropa Nazirlər Şurasının
üzvü seçilmişlər.
Eyni zamanda, BMT-nin Avropa
İqtisad Komissiyasının Nazirlər Şurasının
birinci iclasının 2011-ci ilin aprel ayında keçirilməsinin
planlaşdırıldığı bildirilir.
Azərbaycan.- 2011.-15 fevral.- S. 2.