Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə dəyişiklik əlavə edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹12, maddə 1051; 2008-ci il, ¹4, maddə 255, ¹11, maddə 970, ¹12, maddə 1065; 2009-cu il, ¹10, maddə 775, ¹12, maddələr 983, 991; 2010-cu il, ¹2, maddə 80, ¹4, maddə 296) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı dəyişiklik və əlavə edilsin:

1.1. 2.1.9-cu bənddə “regionların sosial-iqtisadi inkişafını təmin edən tədbirləri” sözləri “regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini” sözləri ilə əvəz edilsin;

1.2. 3.1.11-ci bənddə “iştirak etmək” sözlərindən sonra “, aidiyyəti dövlət orqanları ilə birlikdə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin, inkişaf konsepsiyasının, dövlət proqramlarının və normativ hüquqi aktların layihələrinin hazırlanmasını təmin etmək” sözləri əlavə edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2011-ci il.

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 1.