2010-cu il
dekabrın 29-da imzalanmış
"Azərbaycan Respublikası
Hökuməti və Amerika Birləşmiş Ştatlarının "Uşaqların
Xilası" (Save the Children) Təşkilatı
arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin
təhvili haqqında Saziş"in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2010-cu il dekabrın 29-da imzalanmış "Azərbaycan
Respublikası Hökuməti
və Amerika Birləşmiş Ştatlarının
"Uşaqların Xilası"
(Save the Children) Təşkilatı arasında Uşaq və Ailələrə Dəstək mərkəzlərinin
təhvili haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə tapşırılsın
ki, bu sərəncamın
1-ci bəndində göstərilən
Sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
1-ci bəndində
göstərilən Sazişin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
Amerika Birləşmiş
Ştatları tərəfini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 fevral 2011-ci il
Azərbaycan.- 2011.- 16 fevral.- S. 2.