2011-ci il yanvarın 17-də Riqa
şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Vergilər Nazirliyi və Latviya
Respublikasının Dövlət Gəlirləri Xidməti
arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri
üzrə qarşılıqlı inzibati yardım və məlumat
mübadiləsi haqqında Saziş"in təsdiq edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2011-ci il yanvarın 17-də
Riqa şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Vergilər Nazirliyi və Latviya
Respublikasının Dövlət Gəlirləri Xidməti arasında
vergi qanunvericiliyinə əməl edilməsi məsələləri
üzrə qarşılıqlı inzibati yardım və məlumat
mübadiləsi haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Vergilər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Sazişin həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın.
1-ci bəndində göstərilən
Sazişin qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə
Latviya Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2011-ci il
Azərbaycan.- 2011.- 16
fevral.- S. 2.