Əmək pensiyalarının
sığorta hissəsinin
indeksləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikasında
pensiyaçıların sosial
müdafiəsini gücləndirmək
məqsədi ilə və "Əmək pensiyaları haqqında"
Azərbaycan Respublikası
Qanununun 29.2-ci maddəsinə
uyğun olaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Dövlət
Sosial Müdafiə Fonduna tapşırılsın
ki, 2010-cu il
üzrə istehlak qiymətləri indeksinə
uyğun olaraq 2011-ci ilin 1 yanvar tarixinə:
1.1. bütün növ əmək pensiyalarının
sığorta hissəsinin
artırılmasını təmin
etsin;
1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta
hissəsində toplanmış
pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini
həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 fevral 2011-ci il
Azərbaycan.- 2011.- 16 fevral.- S. 1.