Azərbaycan Respublikası vətəndaşının
yeni nəsil şəxsiyyət vəsiqəsinin
hazırlanması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Biometrik informasiya
texnologiyaları əsasında Azərbaycan Respublikası vətəndaşının
yeni nəsil şəxsiyyət vəsiqəsinin istehsalı və
tətbiqi ilə bağlı Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 13 fevral tarixli 1963 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə
2007-2012-ci illər üçün Dövlət Proqramı"nda
nəzərdə tutulmuş vəzifələrin və tədbirlərin
icrasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, üç ay müddətində
elektron daşıyıcısı (çip) olan Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsinin təsvirini, spesifikasiyasını və
nümunəsini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
2. Müəyyən edilsin
ki, bu sərəncamın 1-ci bəndində göstərilən
elektron daşıyıcıda (çipdə) vətəndaşın
yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti
haqqında məlumatlar, habelə barmaq izi və digər fərdi
biometrik göstəricilər yerləşdirilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 fevral 2011-ci il
Azərbaycan.- 2011.- 16
fevral.- S. 1.