2011-ci il yanvarın 10-da Əl-Küveyt şəhərində imzalanmışAzərbaycan Respublikası Hökuməti Küveyt Dövləti Hökuməti arasında iqtisadi texniki əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2011-ci il yanvarın 10-da Əl-Küveyt şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Küveyt Dövləti Hökumətini xəbərdar etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2011-ci il.

 

Azərbaycan.- 2011.-16 fevral.- S. 1.